Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2525/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar çassivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə 27 sentyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Yaşıldərə massivi ərazisində yerləşən “Qayalı” marketin qarşısında küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi X5 izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Yaşıldərə massivi ərazisində yerləşən “Qayalı” marketin qarşısında küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Həmin vaxt ərazidə xidmətdə olan PPXnin əməkdaşları Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etsələrdə o, öz hərəkətlərində davam edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra PPX-nin əməkdaşları onu ərazi üzrə PB-nə gətirmişlər. PB-də olarkən müəyyən olunmuşdur ki, o, sərxoş haldadır və onu sakitləşdirmək üçün PB-nə X8 komandası çağrılmış sonuncuda ona sakitləşdirici iynə vurularaq sakitləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrindəsərxoş halda olarkən Yaşıldərə massivi ərazisində yerləşən “Qayalı” marketin qarşısında küçə söyüşlərindən istifadə etmişdir. O, qeyd olunan tarixdə 4-5 ədəd “GO” enerjili içki və pivə içmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Pİ-nin PPXT-nun 1-ci bölüyün, polis baş serjatı X3 tərəfindən Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin rəis vəzifəsini müvəqqəti icra edən Əli Hüseynova təqdim edilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarxidə 91-74 çağrışlı avtopatrulda polis serjantı Anar Məmmədovla birgə xidmətdə olan zaman saat 16:00 radələrində Yaşıldərə massivində yerləşən “Qayalı” marketin qarşısında keçən 1 nəfər vətəndaş ucadan nəlayiq ünvansız küçə söyüşləri söydüyünü görmüş və avtopatrulu saxlayaraq həmin vətəndaşa yaxınlaşmış özlərini təqdim etmişlər. Ondan spirtli iyi amıq aşkar gəldiyini hissetdiklərindən həmin vətəndaşı nizam-intizama davət etmişlər vətəndaş polis əməkdaşlara nəlayiq ifadələr işlətmişdir. Daha sonra həmin vətəndaşı avtopatrula əyləşdirərək ərazi üzrə polis bölməsinə gətirmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar çassivi, fərdi evdə yaşayan Şəxsdur. İş materialında olan 26 sentyabr 2022-ci il tarixli, A/1442 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci ildə, saat 16:45-də alkoqol sərxoşluğu orta dərəcədə təyin olunmuşdur. İş materialında olan 26 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə, saat 16:50-də inzibati qaydada tutulmuş və 27 sentyabr 2022-ci il tarixdə, saat 10:10-da azad olunmuşdur. İXM-nin 510-cu maddələrinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 50,00 (əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2525/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2525/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver