Məhkəmə qərarları › İş №3(060)-2525/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2525/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2525/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli EQ 29930035 nömrəli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ 29930035 nömrəli qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Eyni zamanda, X2 şikayətinə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025ci il tarixli EQ 29930035 nömrəli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət əlavə etmişdir. Məhkəmə iclasında müddətin bərpası barədə vəsatətə baxılan zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29930035 nömrəli qərarından o, xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə şikayətlə müraciət etmiş və qeyd edilən şikayətə aidiyyəti üzrə baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilmişdir. Onu yanlışlıqla yenidən məhkəməyə şikayət verməsi üçün yönləndirmişlər. Qeyd edilən hala dair xx.xx.2025-ci il tarixli elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, eyni qərardan şikayətlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə baxılması səlahiyyətinə aid olmadığından aidiyyəti üzrə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-2502/2025 nömrəli, qərardadından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsi ilə cərimə olunmasına dair DİN-nin Qəbəblə Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29930035 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə, məhkəmə hesab edir ki, hazırda X1 DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29930035 nömrəli qərarından verilmiş şikayət üzrə işə baxılması aidiyyəti üzrə Qəbələ rayon Məhkəməsinə göndərildiyindən, onun tərəfindən eyni inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2025-ci il tarixli EQ 29930035 nömrəli qərardan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar