Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-253/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, icra sənədi üzrə tələbkar X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamverdi oğlunun və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətandaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs Qulamverdi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 18 yanvar 2021-ci il tarixdə Şəxs Qulamverdi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 03.04.2015-ci il tarixli və 27.10.2017-ci il tarixli icra sənədləri üzrə cəmi 8.049,6 manat aliment borcunu üzürsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs Qulamverdi oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-253/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı ilə Şəxs Qulamverdi oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-253/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar X12 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-130/2021 saylı 08.02.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 3(060)-253/2021 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 18.03.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 08 aprel 2021-ci il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamverdi oğlu aliment ödənişi ilə bağlı məhkəməyə yazılı ərizə verərək ona vaxt verilməsini bildirmişdir. Məhkəmə işin baxılmasını 30 aprel 2021-ci tarixə təxirə salınmışdır. 30 aprel 2021-ci il tarixdə təkrar olaraq borclu aliment ödənişi ilə bağlı məhkəməyə yazılı ərizə verərək ona vaxt verilməsini bildirmişdir. Bununla bağlı məhkəmə işin baxılmasını təkrarən 18 may 2021-ci il təxirə salmışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-135/2015 saylı 03.04.2015-ci il tarixli icra sənədinə əsasən 03.04.2014-cü ildən başlayaraq Şəxs Qulamverdi oğlundan 30.05.2010-cu il təvəllüdlü X10 və 07.05.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşağa 100,00 manat olmaqla, iki uşağa görə cəmi 200,00 manat olmaqla və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14360/2017 saylı 27.10.2017-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağa görə 136,6 manat olmaqla cəmi 273,2 manat aliment pulu tutularaq icra sənədi üzrə tələbkar X7 ödənilməlidir. Hal-hazırda aliment borcu 8.049,6 manat təşkil edir və o, borcunu üzürsüz səbəbdən ödəmir, hər dəfə icradan boyun qaçırır. Buna görə də onun barəsində axtarış qərarı verilmişdir. İcra məmuru X1 Səid Qulamverdi oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X12 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-135/2015 saylı 03.04.2015-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağa 100,00 manat olmaqla, iki uşağa görə cəmi 200,00 manat və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14360/2017 saylı 27.10.2017-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağa görə 136,6 manat olmaqla cəmi 273,2 manat aliment pulu Şəxs Qulamverdi oğlundan tutularaq ona ödənilməlidir. Hal-hazırda aliment borcu 8.049,6 manat təşkil edir. Şəxs Qulamverdi oğlu illərdir ki, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınmasını və borclu Şəxs Qulamverdi oğlu barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərgər X4 xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-135/2015 saylı 03.04.2015-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağa 100,00 manat olmaqla, iki uşağa görə cəmi 200,00 manat və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14360/2017 saylı 27.10.2017-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağa görə 136,6 manat olmaqla cəmi 273,2 manat aliment pulu ondan tutularaq icra sənədi üzrə tələbkar X7 ödənilməlidir. Qalıq aliment vorcunun ödənilməsi ilə bağlı ona verilən vaxt ərzində ödəniş edə bilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamverdi oğlu peşımançılığını bildirərək qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan 08.04.2021-ci il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamverdi oğlunun məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Şəxs Qulamverdi oğlu yaranmış aliment borcun tam şəkildə ödənilməsi ilə bağlı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması 30.04.2021-ci il tarixə təxirə salınmasını xahiş etmişdir. İş materiallarında olan 30.04.2021-ci il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamverdi oğlunun məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Şəxs Qulamverdi oğlu yaranmış aliment borcun tam şəkildə ödənilməsi ilə bağlı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması 18.05.2021-ci il tarixə təxirə salınmasını xahiş etmişdir 18.05.2021-ci il tarixdə aliment borcun tam şəkildə ödəməyəcəyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd olunan ən ağır inzibati tənbeh tətbiq olunmasına etiraz etməyəcəyini qeyd etmişdir. Göründüyü kimi Şəxs Qulamverdi oğlu qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs Qulamverdi oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın və borclunun izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Zərgər X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qulamverdi oğlunun peşimançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs Qulamverdi oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs Qulamverdi oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 18 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Qulamverdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 may 2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-253/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-253/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver