Məhkəmə qərarları › İş №3(060)-253/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-253/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-253/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, X1 Sumqayıt Baş Gömrük İdarəsinin 23.08.2021-ci il tarixli 00700/0168 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: İnzibati tənbeh vermə haqqında 23 avqust 2021-ci il tarixli, 00700/0168 saylı qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 (əlli) faizi məbləğində (2639 manat x 50%), yəni 1319,50 (min üç yüz səksən üç ) manat məbləğində cərimə edilmşdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3080/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərarı (hakim F.Əliyev) ilə X1 şikayətinin təmin edilməməsi, X1 Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Baş Gömrük İdarəsinin 23.08.2021-ci il tarixli, 00700/0168 saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3083/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-660/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli, 00700/0168 saylı inzibati tənbeh vermə haqqında qərarı, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3080/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərarı və 16 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. İnzibati material onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılması üçün birinci instansiya məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs – X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 660/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarına əsasən X1 Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli, 00700/0168 saylı inzibati tənbeh vermə haqqında qərarı, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3080/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərarı və 16 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. İnzibati material onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılması üçün birinci instansiya məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Bununla əlaqədar X2 barəsində olan inzibati xəta haqqında materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində olan inzibati xəta haqqında materiallar onu tərtib etmiş səlahiyyətli orqana yəni, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə geri qaytarılsın. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar