Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2530/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs Qafarov Rüfət Qürbətəli oğlunun, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Qafarov Rüfət Qürbətəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsinin 05 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Qafarov Rüfət Qürbətəli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Rüfət Qafarov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında MN ******* saylı, 05 sentyabr 2024-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən Rüfət Qafarov şikayətini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən barəsində MN ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və həmin qərarla o, İXM-nin 266.1 və 271-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona vaxtında təqdim olunmamış və o, belə bir qərarın qəbul edilməsini qərarın surətini poçt vasitəsi ilə aldıqdan sonra bilmişdir. Tərtib olunmuş qərar protokol əsasında verilmiş, inzibati orqan onu vəzifəli şəxs kimi qəbul edərək yüksək məbləğdə cərimə etmişdir. Qeyd edir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fəaliyyət göstərən sexdə tək işləyir, fiziki şəxs olaraq VOEN adınadır, həmin sexdə onun hər hansı bir işçisi və tabeliyində kimsə işləmir, lakin inzibati orqan onu vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb etmişdir. Sexin ərazisndə aşkar edilmiş tullantılara gəldikdə isə bildirmək istəyir ki, həmin tullantılar gün ərzində toplanır və işin sonunda onun tərəfindən həmin tullantılar bu ərazidən kənarlaşdırılır. Digər tərəfdən ərazidə olan tullantılara nəzarəti Sumqayıt Təmizlik Departamenti həyata keçirir. Həmin tullantıların yığılması müvəqqəti xarakter daşıyır və onun ətraf mühiti çirkləndirmək kimi hər hansı məqsədi olmamış və bu əməli ilə ətraf mühitə hər hansı bir ziyan vurmamışdır. Sexdəki tullantılar vaxtaşırı ərazidən kənarlaşdırılır, onların havanın, ekologiyanın çirklənməsinə hər hansı bir təsiri yoxdur. Eyni zamanda qeyd etmişdir ki, o bu ərazidə tullantıların basdırılmasını həyata keçirməmiş və qeyd etdiyi kimi həmin tullantılar gündəlik fəaliyyəti nəticəsində yaranmış tullantılar olmaqla vaxtaşırı bu ərazidən daşınmış və bununla da təbiətə hər hansı bir ziyan dəyməmişdir. 4 X2 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarını ləğv etməklə onun barəsində İXM-nin 266.1-ci maddəsi ilə olan inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Rüfət Qafarov şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə 4 X2 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gələrək yoxlama aparmışlar. Onun mebel kəsim sexi Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərir. Tullantılar ona məxsus sexin həyətinə yığılır, sonra xüsusi maşına yığılaraq daşınır. Yoxlama zamanı tullantıların idarə olunması üçün müqavilə başlamamış, lakin hal-hazırda müqavilə bağlamışdır. O, bu ərazidə tullantıların basdırılmasını həyata keçirməmişdir. O, özünü İXM-nin 266.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 271-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında iştirak edən 4 X2 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirdi ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən mebel kəsim sexində xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış, Rüfət Qafarovun izahatı alınmış, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, sexin həyətində tullantılar pərakəndə şəkildə qalaqlanmışdır. Tullantıların idarə olunması qanunvericiliklə müəyyən olunmuş şəkildə təşkil olunmamışdır. Bu da “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsinin, “Tullantılar haqqında” Qanunun 11-12-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin əsaslar üzrə Rüfət Qafarovun barəsində İXM-nin 266.1 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Ərazinin çirkləndirilməsinə görə Rüfət Qafarovun barəsində İXM-nin 266.1-ci maddəsi ilə qərar qəbul edilərək o, 4000 manat cərimə olunmuşdur. İş materiallarından da görünür ki, fakt öz təsdiqini tapmış, tullantıların idarə olunması düzgün təşkil olunmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 4 X2 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 86414 saylı aktdan görünür ki, “Tullantılar haqqında” Qanunun və Ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinə riayət olunması vəziyyəti üzrə aparılmış monitorinq araşdırması zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fiziki şəxs Rüfət Qafarova məxsus mebel istehsalat sexində formalaşan qarışıq tullantıların (plastik qablar, DVP və MDF materiallarının qırıntıları və s.) ərazidə qablaşdırılması və tullantıların ərazinin çirklənməsinə səbəb olması faktı müəyyən olunmuşdur. MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə monitorinq zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fiziki şəxs Rüfət Qafarova məxsus mebel sexində formalaşan qarışıq tullantıların ərazidə qalaqlanması, tullantıların ərazini çirkləndirilməsi müəyyən olunmuşdur. MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qafarov Rüfət Qürbətəli oğlu İXM-nin 266.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin məcəllənin 44 və 114.1.1-ci maddəsi rəhbər tutulmaqla 266-cı maddə ilə 4000 manat məbləğində cərimə olunmuşdur. Əlavə olunmuş fotoşəkillərdən görünür ki, sexin həyətində qarışıq tullantılar qalaqlanmışdır. Əlavə olunmuş D/798 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Rüfət Qafarov arasında tullantıların idarə olunması barədə müqavilə bağlanmışdır. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim edilmiş şəhadətnamədən görünür ki, Rüfət Qafarov vergi ödəyicisi olmaqla, fərdi sahibkardır. ********** saylı VÖEN-i vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, 4 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, Rüfət Qafarovun əməlində İXM-nin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli, Rüfət Qafarovun əməlində İXM-nin 271-ci maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmalıdır. Belə ki, məhkəmə tərəfindən Rüfət Qafarovun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə tam əməl edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 4 X2 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fərdi sahibkar Rüfət Qafarova məxsus mebel sexində formalaşan qarışıq tullantıların ərazidə qalaqlanması faktı müəyyən edilmiş, bu faktı təsdiq edəcək fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Rüfət Qafarovun əməlində İXM-nin 266.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, həmin maddənin dispaziyasında şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması göstərilmişdir ki, bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, tullantılar sexin ərazisində qalaqlanmış və monitorinq keçirilən zaman Rüfət Qafarovun Sumqayıt şəhər Təmizlik Departamenti MMC ilə tullantıların idarə olunması barədə müqaviləsi olmamışdır. İXM-nin 271-ci maddəsinə əsasən Tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də İXM-nin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılmasıdır. Həmin məcəllənin 135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün aşağıdaki əsaslar sadalanmışdır, 1. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, 2. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, 3. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqanın İXM-nin 266.1-ci maddəsinə münasibətdə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, o cümlədən iş üçün əhəmiyyətli olan bütün hallar sübuta yetirilməmiş, nəticədə Rüfət Qafarov barəsində İXM-nin 266.1-ci maddəsi ilə əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, 4 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Rüfət Qafarovun əməlində İXM-nin 266.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmədiyindən həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Rüfət Qafarovun əməlində İXM-nin 271-ci maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci və 135-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. 4 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, Qafarov Rüfət Qürbətəli oğlunun əməlində İXM-nin 266.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmədiyindən həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Rüfət Qafarov İXM-nin 271-ci maddəsi təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2530/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2530/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver