Məhkəmə qərarları › İş №3(060)-2531/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2531/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2531/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis idarəsinin X4 barəsində qəbul etdiyi İXP ******* saylı elektron protokol əsasında barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qanuni şəkildə ona çatdırılmasını və işdə səhlənlarlığa yol verilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin əməkdaşlarını qanunamüvafiq şəkildə cəzalandırılmasına dair X2 şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İXP ******* saylı elektron protokol əsasında barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qanuni şəkildə ona çatdırılmasını və işdə səhlənlarlığa yol verilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin əməkdaşlarını qanunamüvafiq şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətçi tərəfindən məhkəmə aidiyyəti pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə şikayət verildiyindən şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şəhər və rayon məhkəmələri İXM-nə uyğun qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxır. Şəxsin barəsində qəbul olunmuş qərarın ona verilməsinin təmin edilməsinə dair iddiaya baxılmasına səlahiyyətli məhkəmə müvafiq İnzibati məhkəmədir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İXP ******* saylı elektron protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qanuni şəkildə ona çatdırılmasını və işdə səhlənlarlığa yol verilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin əməkdaşlarını qanunamüvafiq şəkildə cəzalandırılmasına dair X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 izah olunsun ki, aidiyyət qaydalarına riayət etməklə müvafiq İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar