Məhkəmə qərarları › İş №3(060)-2532/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2532/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2532/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X4 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X2 Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 müvafiq olaraq gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, onun email ünvanına Sumqayıt şəhəri, Sülh küçəsində onun barəsində tərtib edilmiş İXP4905356 nömrəli inzibati xəta haqqında protokol üzrə xx.xx.2022-ci il tarixində inzibati xəta haqqında iş üzrə qərarın qanuni qüvvəyə minməsi, inzibati xəta və ona əlavə edilmiş materiallarla www.asanpay.az internet ünvanında qeydiyyatdan keçməklə "elektron kabinetində tanış ola biləcəyi barədə məlumat göndərilmişdir. Polis əməkdaşlarına bildirdiyi kimi həmin anda o svetaforun yaşıl işığında keçərək heç bir qaydanı pozmamış və tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Heç bir təsdiqedici sübutları olmadan qanunsuz və əsassız şəkildə barəsində inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta və ona əlavə edilmiş materiallarla www.asanpay.az internet ünvanında da tanış olduqda xəta törətməyi barədə foto və ya video əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən ediimədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə bordu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası DİNnin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 izahatında göstərdi ki, sürücü X6 Qanunun 59-cu maddəsinin 4-cü bəndinin tələblərini pozaraq işıqforun əlavə bölmə işığı söndükdən sonra hərəkətini davam etdirmiş və tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Görüntüləri məhkəməyə təqdim etmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan verdiyi şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, X2 işıqforun əlavə bölmə işığı söndükdən sonra hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar