Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2533/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X1 tərəfindən 09 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 3295/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(002)-2779/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri qərarın qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində borclu tərəfindən təkrar törədilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1064/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan borclu tərəfindən icra etməmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 2532/2024 və 3(060)-2533/2024 nömrəli işlər bir icraatda, yəni 3(060)-2532/2024 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2532/2024 və 3(060)- 2533/2024 nömrəli işlər bir icraatda, yəni 3(060)-2532/2024 nömrəsi ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2533/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2533/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver