Məhkəmə qərarları › İş №3(060)-2536/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2536/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2536/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X2 Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ-si və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 müvafiq olaraq gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ YPX inspektoru polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 342.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, məhkəməyə müraciət etməyinin səbəbi ona qarşı olunan haqsızlıqdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 10:45 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində olarkən YPX-nin əməkdaşları onun ** DH *** dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA” markalı maşınının video çəkilişini aparmışlar və maşında mühərrikin səs gücünü artıran qurğuların olduğunu bildirmişlər. Elə bu hadisədən sonra maşını cərimə meydançasına aparmışlar. Avtomobilin istismar müddəti bitdiyi üçün həmin qazandan olmadığına görə başqası ilə əvəz edilmişdir. Arxa yayın biri qırıldığı üçün digərini də ona uyğun kəsdirmişdir. Bir neçə gün əvvəl maşına texniki baxış keçirilmiş və maşının normal vəziyyətdə olduğu, yəni heç bir səs artırıcı qurğunun mövcud olmadığı bildirilmişdir. Lakin onun maşını heç bir əsas olmadan 2 gün cərimə meydançasında qalmışdır. İki gündən sonra isə ona qarşı protokol tərtib olunmuş və həmin protokola əsasən qərar qəbul edilərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Köroğlu küçəsində reyd aparılarkən “OPEL ASTRA” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən saxlanılmış, avtomobilə baxış keçirilən zaman arxa yaylara müdaxilə edilərək kəsilməsi aşkar olunmuşdur. Həmçinin nəqliyyat vasitəsinin mühərrikinin səs gücləndirilməsinin artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazların xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və aşağı hissəsində yarıq açılmışdır. Video çəkiliş aparılaraq bütün qanun pozuntuları aşkar olunmuş və görüntüləri məhkəməyə təqdim etmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İXM-nin 342.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, X1 avtomobilində arxa yaylar kəsilmiş və nəqliyyat vasitəsinin mühərrikinin səs gücləndirilməsinin artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazların xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və aşağı hissəsində yarıq açılmışdır. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ YPX inspektoru, polis serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar