Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2539/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxslər X3 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22-23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal Abşeron MTKnın inşa etdiyi binada yerləşən 5 saylı evin dəhlizində X5 və onun oğlu X4 döyərək bədən xəsarətləri yetirməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* və ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 1-ci PB-nin sahə rəisi, polis kapitanı Musabi Cabbarov protokollarda göstərilənlərə uyğun izahat verdi və tərəflərin barışdığını nəzərə alaraq qanunun tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı ünvanda olan zaman qonşuluqda olan 4 №-li binada yaşadığını sonradan bildiyi 3 azyaşlı uşaqların əllərinə daşlar alaraq onun balkonuna atdıqlarını görmüş və uşaqları oradan qovmuş, sonra həmin uşaqların anası Aytən Əhmədlinin yaşadığı Sumqayıt şəhəri, 10-cü mikrorayon, Kristal Abşeron ev 4, mənzil 117ə gedərək övladlarının hərəkəti ilə bağlı ona iradını bildirmişdir, bundan sonra aralarında mübahisə yaranmışdır. Həmin vaxt onun evini pəncərəsinə daş atan uşaqlardan biri yanından keçmiş, o da əsəbləşib sillə ilə həmin uşağın kürəyinə vurmuşdur. Aytən Əhmədli bunda sonra ona yaxınlaşıb əli ilə boğazından tutub onu boğmağa çalışmış, Aytənin əindən qurtulmaq üçün əl atıb onun sinəsini cırmaqlamışdır. Qonşular səs-küyə toplaşıb onları aralamış və o evinə gedərək bu barədə DİN-nin 102 XZMS-nə zəng edərək məlumat vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvanda olarkən qonşuluqda olan 5 №-li binada yaşadığını və adının Könül olduğunu sonradan bildiyi bir qadın onun evinə yaxanlaşıb giriş qapını döymüş, o, qapını açdıqda Könül qışqırıb onu təhqir etməyə başlamış, o, səbəbini soruşduqda ona 7 və 9 yaşlı oğlanları Emil və Raufun onun evinin balkonuna daş atdıqlarını demişdir. O, qadını sakitləşdirməyə çalışmış, lakin o sakitləşməmiş, evin giriş qapısından içəri daxil olmuşdur. Ona toxunmadan evindən çıxmasını tələbb etmiş, o çıxıb dəhlizdə durub onu və uşaqlarını təhqir etmişdir. Bu zaman oğlu Rauf onun yanından keçdikdə sillə ilə Raufun kürəyindən vurmuşdur. Bundan sonra Könülün üzərinə gedib onun boğazından bir əli ilə tutub onu kənara itələmişdir. Könül sinəsini və sağ qolunu cırmaqlayaraq ona xəsarət yetirmişdir. Sonra əlində markasını bilmədiyi smartfon telefonu ona tərəf uzadıb onu söyməyə başladıqda, o əsəbləşib telefonu onun əlindən alıb yerə atmışdır. Bu barədə DİN-nin 102 XZMS-nə zəng edərək məlumat vermişdir. Hazırda Könül ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs Aytən Əhmədlinin məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X6 da anası Aytən Əhmədlinin göstərdiyi xüsusatları təsdiq etmişdir. X1 qanuni nümayəndəsi Aytən Əhmədli oğluna münasibətdə də məhkəməyə ərizə verərək Könüllə barışdıqlarını ona qarşı şikayət və tələblərinin olmadığını icraata xitma verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərara əsasən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin 1-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2539/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2539/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver