Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2539/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Musabəyli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, 85 saylı yataqxana, 2 nömrəli otağında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1 Çinarə Mahir qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X7 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə AR DİN 102 xidmət mərkəzinə zəng edərək və həmçinin ərizə ilə müraciət edərək yaşadığı Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət edərək Sumqayıt şəhəri, 15-ci məhəllə, 85 saylı yataqxana, 14 nömrəli otaqda olduğu zaman qonşuluqda yaşayan Çinarə Rəsulova və Çinarənin bacısı əri Rəvan onu söyərək döydüklərini bildirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı tərəflərin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edillmişdir. Qeyd edilən qərar olduğu üçün Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə, Zərərçəkmiş şəxs barəsində isə İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs qanunamüvafiq qərar qəbul edilməsini xahi etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Şəfəq onun barəsində əxlaqsız ifadələr işlətdiyi üçün aralarında mütəmadi olaraq mübahisələr olur. Bu səbəbdən öz evindən köçərək başqa yerə getmək məcburiyyətində qalmışdır. Lakin, zərurət olduqda arada öz evinə də gəlir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində öz evlərinə gələn zaman Zərərçəkmiş şəxs onu yenidən təhqir etmişdir. O da əsəbləşərək ona daş atmışdır. Atdığı daş Zərərçəkmiş şəxs deyil, stola dəymişdir. Həmin vaxt orada bacısı Ayselin əri Rəvan olmamışdır. Bacısının ərinin adı Ramildir, lakin öz aralarında ona Rəvan deyirlər. Rəvanla Zərərçəkmiş şəxs mübahisəsi bir gün sonra olmuşdur. Göstərilənlərin nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində qonşusu olna Rəvan onu çölə çağırmışdır. Lakin, etiraz edərək çölə çıxmamış və bu zaman Rəvan içəriyə gələrək onun qarın nahiyyəsindən zərbələr endirmişdir. Bu zaman Rəvanın baldızı Çinarə yerdən daş götürərək ona atmış, həmin daş ona dəyməsə də stola dəyməmişdir. Buna görə də o, 102 zəng xidmətinə müraciət etmişdir. Mübahisə zamanı Şəxs onu vurmaq istəmiş, lakin yaxınlıqda olan insanlar buna imkan verməmişlər. Onu yalnız Rəvan vurmuşdur. Qeyd etdiyi kimi Çinarə ona yalnız daş atmış, həmin daş isə ona dəyməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin hazırki hadisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, sonuncu zərərçəkmiş şəxsi vurmamış və ya ona hər hansı xəsarət yetirməmişdir. O, zərərçəkmiş şəxsə yalnız daş atmış, həmin daş isə zərərçəkmiş şəxsə dəyməmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs aldığı xəsarət Şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən yetirilmişdir. Qeyd edilən halı zərərçəkmiş şəxs məhkəmə iclasında özü də təsdiq etdi. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar X2 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1394 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı vət. Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazunun orta 1/3-nün ön səthində 7(yeddi) ədəd, sol bazunun orta 1/3-nün ön səthinin 6(altı) ədəd qançırları, boynun sağ aşağı 1/3-nin ön bayır səthinin sıyrığı xəsarətləri olması müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və həm ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirən şəxsin Şəxs olmaması müəyyən edildiyindən, yəni onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini və ümumiyyətlə sonuncunu vurmadığını, zərərçəkmiş şəxsə yalnız daş atdığını, daşın isə zərərçəkmiş şəxsə dəymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs də məhkəmə iclasında eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs onu vurmaq istəsədə, yaxınlıqda olan insanlar buna imkan verməmişlər, onu vuraraq xəsarət yetirən şəxs Rəvan olmuşdur. Göründüyü kimi Şəxs qızına istinad edilən inzibati xətaya onun heç bir aidiyyətinin olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2539/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2539/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver