Məhkəmə qərarları › İş №3(060)-254/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-254/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-254/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs Bazarstore MMC-nin nümayəndəsi X2, Qərarından şikayət verilmiş şəxsin nümayəndəsi Sumqayıt ŞPİ 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tətbiq edilmiş 08.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati qərar çıxarılan şəxs Bazarstore MMC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, 08.12.2021-ci tarixində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi polis mayou E.İbrahimov tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" mağzasında karantin rejimi qaydalarına riayət olunması ilə bağlı keçirilmiş tədbir zamanı MMC-nin rəhbərliyinin mağzanın girişində müştərilər üçün nəzərdə tutulmuş hərarət ölçən cihaz təmin etməməsini, mağaza daxilində işçilərin fərdi qoruyucu vasitələrdən istifadə etməsinə nəzarət etməməsini, eləcə də sosial məsafənin qorunması üçün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməməsini əsas gətirərək, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə istinad edərək MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Sumqayıt ŞPİ-nin rəisi, polis polkovnik leytenantı Kamran Hümbətov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə istinad edilərək, 08.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuş və "xxxx" MMC barəsində 5000 (beş min) manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmin qərardan narazı qalan Bazarstore MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi tərəfindən tətbiq edilmiş 08.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, 08.12.2021-ci tarixində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi polis mayou E.İbrahimov tərəfindən ünvan 2 ünvanında yerləşən "xxxx" mağzasında karantin rejimi qaydalarına riayət olunması ilə bağlı keçirilmiş tədbir zamanı MMC-nin rəhbərliyinin mağzanın girişində müştərilər üçün nəzərdə tutulmuş hərarət ölçən cihaz təmin etməməsini, mağaza daxilində işçilərin fərdi qoruyucu vasitələrdən istifadə etməsinı nəzarət etməməsini, eləcə də sosial məsafənin qorunması üçün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməməsini əsas gətirərək, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə istinad edərək MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Sumqayıt ŞPİ-nin rəisi, polis polkovnik leytenantı Kamran Hümbətov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə istinad edilərək, 08.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuş və "xxxx" MMC barəsində 5000 (beş min) manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, qərarı qəbul edən vəzifəli şəxsin, o cümlədən təmsil etdiyi dövlət orqanının hüquqi şəxs barəsində inzibati xəta haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan əlavə "xxxx" MMC barəsində tərtib olunan müvafiq protokol və qərar Sumqayıt "xxxx" mağazasının müdiri vəzifəsində çalışan Rəfail Qədirova 22.12.2021-ci il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşı tərəfindən şəxsən təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs Bazarstore MMC-nin nümayəndəsi X4 şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, qərarı qəbul edən vəzifəli şəxsin, o cümlədən həmin şəxsin təmsil etdiyi dövlət orqanının hüquqi şəxs barəsində inzibati xəta haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxsin nümayəndəsi Sumqayıt ŞPİ 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X3 şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən tərtib olunmuş 08.12.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması məsələsinin həlli üçün Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilməlidir. Qərarın qəbulu zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmə tərəfindən Bazarstore MMC-nin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Kamran Hümbətov tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, səlahiyyəti olmadığı halda hüquqi şəxsin barəsində işə baxmışdır. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tətbiq edilmiş 08.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması məsələsinin həlli və Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməsi üçün yenidən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bazarstore MMC-nin tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 08.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması məsələsinin həlli və Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar