Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2541/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəcməddin oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85, otaq 3-də yaşayan (FİN: xxxxxxx) Şəxs Nəcməddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1 Ramil Nəcməddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X7 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85, otaq 14-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN 102 XZM-ə və 3-cü PB-nə müraciəti əsasında aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin yoxlama zamanı Zərərçəkmiş şəxs əməlində isə Azərbaycan Respublikası İXm-nin 510, Şəxs Nəcməddin oğlu və X2 əməlində Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələrinin tərkib əlamətlərinin olması sübuta yetirilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəcməddin oğlu bildirmişdir ki, Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşayır. Mütəmadi olaraq aralarında mübahisələr baş verir. Buna səbəb Şəfəqin barələrində xoşagəlməz ifadələr işlətməsi olur. xx.xx.2025-ci il tarixdə məlumatı oldu ki, Şəfəq arvadı Aysel barəsində nalayiq ifadələr işlətmişdir. O, da əsəbləşərək saat 15 radələrində onun yaşadığı otağa gedib qapını döyərək Şəfəqdən oğlunu çağırmasını, onunla söhbət etmək istədiyini bildirmişdir. Şəfəq də oğlunun evdə olmadığını söhbət etmək istəyirsə onunla etməyini söyləmişdir. O, ondan arvadı barəsində nalayiq ifadə işlədib-işlətmədiyini soruşmuş, Şəfəqdə cavabında işlətmədiyini söyləmişdir. O, həmin sözü yayan şəxsin ünvanına nalayiq ifadə işlətmişdir. Şəfəq də nalayiq ifadələr işlətməyə başlamışdır. Səs-küyə qonşular, arvadı Aysel və baldızı Çinarə də otağa gəlmişdir. Şəfəq yenə ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən Çinarə əsəbləşərək həyətdən daş parçası götürüb ona tərəf atmış, lakin, daş parçası ona dəyməmişdir. Daha sonra qonşular onları sakitləşdirmiş və yaşadığı otağa geri qayıtmışdır. O, Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində yaşadığı otaqda olduğu zaman onlarla qonşuluqda yaşayan Rəvan sonradan əsl adının Ramil olduğunu bildiyi şəxs qapılarına gəlib onu çölə çağırmışdır. Ondan nə səbəbə çağırdığını soruşduqda o, qonşuluqda yaşayan Arazın onu çağırdığını dedi. O, da kiminsə ona sözü varsa gəlib burada deməsini söyləmişdir. Bu zaman Ramil otaqlarına daxil olub qarın boşluğundan təpik zərbəsi ilə vurub onu təhqir etməyə başlamışdır. Onun ardınca Çinarə ilə Aysel Rəsulova da otağa daxil oldular. Çinarə də qarın boşluğuna təpik zərbəsi ilə vurmuşdur. Rəvan da sağ sifət nahiyəsinə sillə zərbəsi ilə vurmuşdur. Çinarə də boğazından tutub sıxmışdır. Aysel isə onu söyüb təhqir etmiş və ona tərəf daş parçası atmışdır. Lakin, həmin daş parçası ona dəyməmişdir. Bu zaman səs-küyə, gəlini Aysel Cümşüdova aşağıya düşüb otağına gəlmiş və hadisəni görmüşdür. Qonşular onu çətinliklə onların əlindən almışdır. Bundan sonra o, və sonradan hadisə yerinə gələn qızı Səbinə- 102 xidmətinə zəng edərək şikayətlərini bildirmişlər. Hazırda Şəxs Nəcməddin oğlundan şikayətçidir, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Nəcməddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nəcməddin oğlu xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində onunla qonşuluqda olan Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85, otaq 14-də yaşayan Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli, 1394 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bazunun orta 1/3-nin ön səthində 7 (yeddi) ədəd, sol bazunun orta 1/3-in ön səthinin 6 (altı) ədəd qançırları, boyunun sağ aşağı 1/3nin ön bayır səthinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir gün əvvəl olmaqla, xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və həm ümumilikdə, eləcədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Nəcməddin oğlu və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə inzibati tənbeh tədbiri götürməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB aidiyyəti sahə rəisinə həvalə edilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəcməddin oğlu özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, döyməsi, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs Nəcməddin oğlu barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəcməddin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Nəcməddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2541/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2541/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver