Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2542/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb DVX-nin Bakı şəhər KSİBİ-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:40-da keçirilən yoxlamada X2 lisensiyasız özəl tibbi fəaliyyəti (kosmetologiya) göstərməsi olmuşdur. Həmin qərardan narazı qalan X2 nümayəndəsi Nümayəndə şikayət verərək tərtib edilmiş 05 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Qərarda qeyd olunmuşdur ki, DVX-nin Bakı şəhər KSİBİ-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:40-da keçirilən yoxlamada X1 lisensiyasız özəl tibbi fəaliyyəti (kosmetologiya) aşkar edilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə qəbul olunsa da, surəti ona göndərilməmişdir. İcra məmuru xx.xx.2022-ci il tarixdə onu icra şöbəsinə çağırdıqdan sonra o bundan xəbər tutmuş və elə həmin tarixdə də qərarın surətini rəsmi qaydada almışdır. O kosmetoloq deyil, lazeroloqdur. Lakin qərarda qeyd olunub ki, guya onun özəl tibb fəaliyyəti kosmetologiyadır. Barəsində qərar qəbul etmiş orqan onun hansı sahədə fəaliyyət göstərdiyini dəqiq müəyyən etmədən tamamilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Çünki onun lazeroloq kimi lazer aparatı işlətmək üçün lisenziya tələb olunmur. Yəni İXM-nin 210.1-ci maddəsinin tələbi tərəfindən pozulmamışdır. Çünki o fəaliyyət başlamadan öncə lisenziya üçün müraciət etmişdir və ona bildirilmişdir ki, bu sahədə, yəni lazeroloq kimi fəaliyyət göstərməyi üçün lisenziya tələb olunmur. Məşğul olduğu sahə tibbi fəaliyyət deyil, lazer aparatı isə xüsusi tibbi avadanlıq deyil. O ona istinad olunan inzibati xətada özünü təqsirli bilmir. Barəsində qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. O vergi uçotuna da durmuşdur. Hər ay vergiləri sadələşdirilmiş qaydada ödəyir, 3 aydan bir elektron qaydada bəyannamə göndərir. Ümumiyyətlə vergi müfəttişinin onun xüsusi razılıq almadan lazeroloq işi ilə məşğul olmağına dair protokol tərtib etmək səlahiyyəti yoxdur. O səlahiyyəti olmadığı halda barəsində tərtib etmiş və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərmişdir. O fəaliyyətində daim şəffaf olmuşdur, vergidən və digər sosial ödənişlərdən yayınmamışdır. Lisenziya almadan fəaliyyət göstərməyi isə yuxarıda da qeyd etdiyi kimi fəaliyyət göstərdiyi sahə üçün lisenziyanın tələb olunmamasıdır. Lakin qərarda formal olaraq qeyd olunub ki, o kosmetologiya ilə məşğul olmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs lazeroloq kimi fəaliyyət göstərir. Bunun üçün isə heç bir lisenziya tələb olunmur, şəxs yalnız kurs keçərək lazeroloq kimi işləyir. Vergi müfəttişi tərəfindən tərtib edilmiş protokolda da həmin şəxsin lazeroloq kimi fəaliyyət göstərməsi qeyd edilsə də, Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında qərarda isə onun lazeroloq deyil, kosmetoloq fəaliyyəti göstərdiyi əks olunmuşdur. Buna görə də qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə qərardan şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş MN ******* saylı protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “SKY Lazer Studiao”-da xx.xx.2022-ci ildə saat 17:40-da DVX-nin Bakı şəhər KSİBİ-nin nümayəndələri tərəfindən keçirilmiş yoxlamada X4 lisenziyasız tibbi fəaliyyət (lazer epilyasiya) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X7 üzrə Baş İdarəsinin 000286 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1696 nömrəli “Operativ vergi nəzarətini həyata keçirilməsi haqqında” Qərara əsasən fiziki şəxs X2 (VÖEN **********) fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “SKY Lazer Studio” adlı obyektdə keçirilən operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə xüsusi razılıq (lisenziya) alınmadan tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qərardan şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayəti əsassız olduğundan rədd edilməlidir. X2 (VÖEN **********) ünvan 1 ünvanda yerləşən “SKY Lazer Studio” adlı obyektdə keçirilən operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə xüsusi razılıq (lisenziya) alınmadan tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Şikayətdə qeyd olunur ki, X5 lazeroloq kimi lazer epilyasiyasi ilə məşğuldur və bu kosmetoloji xidmət sayılmır. Məhkəmə hesab edir ki, bu kosmetoloji tibbi xidmətdir və buna xüsusi razılıq tələb olunur, X5 (VÖEN **********) belə bir razılıq almamışdır, onun vergi ödəyicisi kimi qeydiyyatda olması bu fəaliyyətlə məşğul olması üçün kifayət etmir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var. Məhkəmə tərəfindən şikayətdə göstərilən digər hallar da yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. X2 (VÖEN **********) Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2542/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2542/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver