Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2543/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şabran X4 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şabran X4 Mərkəzi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şabran X4 Mərkəzi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb Şabran rayonu, Dağbilici kəndi ərazisində yerləşən "xxxx" MMC-nə məxsus torpaq sahəsi üzrə xx.xx.2023-cü il tarixdə fermer bilərəkdən “X2” İnformasiya sistemi üzərindən yanlış məlumat bəyan etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Şabran rayonu ərazisində baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şabran X4 Mərkəzi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair 3(060)-2543/2023 saylı iş aidiyyatı üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2543/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2543/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver