Məhkəmə qərarları › İş №3(060)-2545/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2545/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2545/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan X2 Sumqayıt Regional İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan X2 Sumqayıt Regional İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində MN ******* nömrəli protokol tərtib edilmişdir. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri ərazisində Atego markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yükdaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı qanunun tələblərini pozaraq qanunla nəzərdə tutulan müvafiq sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan X2 Sumqayıt Regional İdarəsinin nümayəndəsi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri ərazisində Ford markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs yükdaşıma fəaliyyəti ilə məşğul olarkən yoxlama zamanı qanunun tələbini pozaraq qanunla nəzərdə tutulan müvafiq sənədləri təqdim etməmişdir. Belə ki, Şəxs yükdaşıma fəaliyyəti ilə məşğul olması barədə fərqlənmə nişanını tələb edilsə də o fərlənmə nişanını təqdim edə bilməmişdir. Nəqliyyat vasitəsinin faktiki sahibi yəni qanunauyğun olaraq etibarnamə əsasında idarə etdiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 11:00 radələrində Sumqayıt ərazisində Atego markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman X2 Sumqayıt Regional İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, ondan yükdaşıma fəaliyyəti ilə məşğul olması barədə fərqlənmə nişanı tələb edilmiş, lakin fərlənmə nişanı olmadığı üçün təqdim edə bilməmişdir. Belə ki, hadisə zamanı onda heç bir fərqlənmə nişanı olmamışdır. Əməlindən peşmandır, təqsirini etiraf edir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 102 nömrəli, xx.xx.2023-cü il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında aktdan görünür ki, Atego markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə Sumqayıt şəhəri ərazisində yükdaşıma fəaliyyəti göstərərkən yoxlama zamanı qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etməmiş, izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan X2 Sumqayıt Regional İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir Beləliklə, məhkəmə işin hallarını, protokol tərtib etmiş şəxsin izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri ərazisində Atego markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yükdaşıma fəaliyyəti həyata keçirərkən qanunun tələbini pozmuş, fərqlənmə nişanı olmadan qeyd olunan fəaliyyətlə məşğul olmaqla yoxlayıcıya qanunla nəzərdə tutulan müvafiq sənədləri-fərqləndirici nişanları təqdim etməmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar