Məhkəmə qərarları › İş №3(060)-2546/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2546/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2546/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmamış şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2008-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:45-də idarə etdiyi moped ilə Sumqayıt şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs məxsus X4 markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı sonuncunun avtomobilinə maddi zərər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş yetkinlik yaşına çatmamış şəxs Şəxs bildirdi ki, təxminən xx.xx.2024-cü il tarixdə qırmızı rəngli “Tufan” markalı motoskiletlə 2-ci mikrorayon ərazisindən Nərimanov istiqamətinə getdiyi yerdə işıqfora çatana yaxın motoskiletin əyləci qırılmış, buna görə dayanmaq üçün məcbur olaraq maşına dəymişdir. Hadisədə özünü təqsirli bilir, hazırda motoskleti satmışdır. Məhkəmə tərəfindən ona cərimə tətbiq olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, zərərçəkmiş şəxs və inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək hüququ olan prokuror məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbu edilmiş və «Tufan» markalı dövlət qeydiyyat nişanı olmayan mopedin hadisə faxtı sürücüsü olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19:45 radələrində etibarnamə əsasında idarə etdiyi **-MP-*** dövlət qeydiyyat nişanlı Range-Rover markalı avtomobillə Sumqayıt şəhəri H.Əliyev prospekti ilə «20 yanvar» küçəsi istiqamətində yolun orta hərəkət zolağı ilə hərəkətdə olduqdan sonra həmin küçənin «20 yanvar» küçəsi ilə kəsişməsində yerləşən yolayrıcında olan svetoforun qırmızı işığı yandığından avtomobili tam saxlamışdır. Bu zaman onunla eyni istiaqmətdə arxadan hərəkət edən dövlət qeydiyyat nişanı olmayan moped qabaq hissəsi ilə avtomobilimin arxa hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində moped sürücüsü xəsarət aldığından hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya çatdırılmışdır. Hadisə nəticəsində avtomobilimin arxa hissəsinin zədələnməsi ilə ona təxminən 400 manat maddi ziyan dəymişdir. Hadisə vaxtı avtomobildə tək olmuş, xəsarət almamışdır. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan Şəxs tərəfindən törədilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 100.00 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar