Məhkəmə qərarları › İş №3(060)-2546/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2546/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2546/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında işin icraatını rədd edən hal mövcuddur. Belə ki, müəyyən edilmişdir ki, hazırki inzibati xəta haqqında protokol "xxxx" MMCnin direktoru Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli MN1807803 nömrəli inzibati tənbeh vermə haqqında qərarla tətbiq edilmiş inzibati cərimə ödənilmədiyinə görə onun barəsində vəzifəli şəxs kimi tərtib edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Şəxs eyni məsələyə görə X1 Xidməti tərəfindən ayrı bir inzibati xəta haqqında protokol da tərtib edilərək (xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol) daha öncədən məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 3(060)-2042/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən iş üzrə inzibati xəta haqqında protokol, yəni xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol hüquqi şəxs "xxxx" MMC barəsində deyil, onun direktoru Şəxs barəsində vəzifəli şəxs kimi tərtib edilmişdir. Belə ki, həmin protokolun “müəyyən etdi” hissəsində qeyd edilmişdir ki, “nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Göründüyü kimi artıq "xxxx" MMC-nin direktoru Şəxs barəsində vəzifəli şəxs kimi işə baxılmış və müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Həmin qərar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi eyni fakta görə Şəxs barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə iki ayrı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi bir inzibati xətaya görə Şəxs barəsində ikinci dəfə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda Şəxs barəsində eyni fakta görə ikinci dəfə inzibati xəta haqqında iş üzrə icraat başlanması inzibati xəta haqqında işin icraatını rədd edən hal kimi qiymətləndirilməli və materiallar məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106.0.3-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini, 106.0.4-cü maddəsinə əsasən isə işin icraatını rədd edən hallar mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar