Məhkəmə qərarları › İş №3(060)-2547/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2547/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2547/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Hüquqi şəxs ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt ŞPİ-nin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi X4 Şöbəsi tərəfindən ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsi barəsində 26 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsinin mülkiyyətində və ya dövlət qrumunun istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsinin və protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Pİ-nin DYP Şöbəsinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi X4 Şöbəsi tərəfindən ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40.0.3cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347.1, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9- 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi X4 Şöbəsinin İTÜİ polis kapitanı Elçin Qasımov tərəfindən 26 sentyabr 2023-cü il tarixdə ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda “Lada 21214” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospekti ünvanında yerləşən ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi göstərilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Lada 21214 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 (sürücülük vəsiqəsi AE025216) barəsində yol vərəqəsinə dair məlumatları xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin Mərkəzi informasiya Sisteminə (MİS) daxil edilməmişdir. Hal-hazırda qeyd olunan texniki səhv aradan qaldırılaraq, sürücü Vüsal Nəbiyev barəsində yol vərəqinə dair MİS-də müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materiallarında ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsinin mülkiyyətində olan Lada 21214 markalı, **- AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 barəsində yol vərəqəsinə dair məlumatları xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək yol vərəqi üzrə idarə etməsinə dair Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilmiş, lakin texniki səhv olaraq BDYPİ-nin Mərkəzi informasiya Sisteminə (MİS) daxil edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi X4 Şöbəsi tərəfindən ‘‘DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ’’ X2 2 saylı Sumqayıt Ərazi İdarəsi barəsində 26 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar