Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2548/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP6551047 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:35 radələrində idarə etdiyi “VAZ 21061” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət etdikdən sonra geriyə dönmə manevri etmək üçün avtomobilin sürətini azaldıb yolun sağ kənarına doğru hərəkət etmiş, daha sonra isə avtomobili saxlamadan, yəni təxminən 5 km/saat sürətlə sol istiqaməti üzrə geriyə dönmə manevri edərkən diqqətsizlik edib arxadan onunla eyni istimqamətdə hərəkət edən avtomobili görmədiyi üçün həmin yolda hərəkətdə olan Mersedes Benz markalı avtomobil qabaq hissəsi ilə onun avtomobilinin sol qabaq və sol orta hissəsindən toqquşmuş, zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi hərəkət trayektoriyasını dəyişərək irəli doğru hərəkət etmişdir. Hadisədən sonra Mersedes Benz markalı avtomobil irəli hərəkət edib qarşı əks hərəkət yolu ilə hərəkətdə olan motosiklla toqquşmuşdur. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, hadisə vaxtı avtomobildə tək olmuş, idarə etdiyi avtomobilə maddi ziyan dəymiş, özü də ciddi xəsarətlər almışdır. Hadisə nəticəsində digər nəqliyat vasitəsində olan şəxslər bədən xəsarətləri almış və onlarla aralarında barışıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs təqsirli olması, özünü etirafı ilə yanaşı, iş materiallarında olan zərərçəkmiş şəxslərin izahatları, məhkəmə-tibbi ekspertizalarının rəyləri, yol-nəqliyyat hadisəsinin sxemi və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP6551047 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “VAZ 21061” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 15:35-də Sumqayıt şəhəri S.Vurğun küçəsində idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X1 yüngül dərəcəli bədən xəsarəti almışlar, Zərərçəkmiş şəxs2 isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar az ağır dərəcəli bədən xəsarəti almış şəxs Zərərçəkmiş şəxs2 hadisədə təqsirli şəxs Şəxs ilə barışdığı üçün cinayət işinin başlanması CPM-in 40.3-cü maddəsinə əsasən rədd edilmiş, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X4 Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:35 radələrində etibarnamə əsasında idarə etdiyi Mersedes Benz C180 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olduğu zaman, qarşısında eyni istimqamətdə hərəkət edən, sonradan anidən sola dönmə manevri edən VAZ 21063 makalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili onun avtomobilinin qarşısna doğru hərəkət etdirmiş, həmin anda da aralarındakı məsafə az olduğundan qarşı avtomobilin qabaq sol hissəsi onun avtomobilinin qabaq sağ hissəsindən toqquşmuşdur. Toqquşmadan sonra avtomobillər hərəkət trayektoriyasını dəyişərək irəliyə doğru hərəkət etmiş, sonradan isə avtomobilinin qabaq hissəsi qarşı hərəkət yolu ilə hərəkət edən «Muravey» markalı motosiklla toqquşmuşdur. Hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər aldığına görə hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə Travmatalogiya xəstəxanasına müraciət etmiş və tibbi müayinələrdən keçmiş, ciddi xəsarətlər aşkar edilməmişdir. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, hadisə vaxtı anası Zərərçəkmiş şəxs3 və həyat yoldaşı Zərərçəkmiş şəxs4 avtomobilində sərnişin qismində olmuşlar və xəsarət almışlar. Hadisə nəticəsində idarə etdiyi avtomobilə xeyli miqdarda maddi ziyan dəymişdir. Hadisə VAZ 21063 markalı avtomobilin sürücüsünün kobud yol hərəkət qaydası pozması nəticəsində baş vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Firudun qızının izahatlarından görünür ki, onlar sürücü Zərərçəkmiş şəxs1lə eyni məzmunlu izahatlar verərək, baş vermiş yol nəqliyyat hadisəsi zamanı N.Abayevin idarə etdiyi Mersedes Benz C180 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olduqlarını, hadisə nəticəsində xəsarət aldıqlarını bildirmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs2 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:35 radələrində özünə məxsus “Yaolon” markalı 50-B-291 dövlət qeydiyyat nişanlı motosiklla Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olduğu zaman, «Azərenerji» Səhimdar Cəmiyyətin Sumqayıt Regional İdarəsinə çatdıqda qarşı əks hərəkət yolu ilə hərəkət edən VAZ 21063 markalı avtomobil anidən geriyə dönmə manevri edərkən sonuncu avtomobillə eyni istiqamətdə hərəkət edən Mersedes Benz markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil irəliyə doğru hərəkət edərək onun idarə etdiyi motosikllın qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində sol ayağından və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər aldığına görə hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə Travmatalogiya xəstəxanasına müraciət etmiş və tibbi müayinələrdən keçmişdir. Hazırda müalicəsi ev şəraitində davam etdirilir. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, hadisə vaxtı motosiklda tək olmuş, hadisə nəticəsində idarə etdiyi motosikla xeyli miqdarda maddi ziyan dəymişdir. Hadisə VAZ 21063 markalı avtomobilin sürücüsünün yol hərəkət qaydasını pozması nəticəsində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1339 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ dirsəyin sıyrığı, sağ əlin qançırları, döş qəfəsinin və sağ budun geniş ölçülü qançırları xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1340 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 Firudun qızının bədən səthində aşkar edilmiş hər iki bazunun, sol dirsəyin, sağ baldırın qançırları, alın nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası, sol göz qapaqları və gözaltı nahiyyənin, həmin gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş qançırı- şişkinliyi xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1341 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş döş qəfəsinin və qarın nahiyyəsinin dərialtı hematomaları xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1345 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş sol ayağın V barmağının yerdəyişən sınığı və döş qəfəsinin geniş ölçülü qançırları xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Maddənin 5-ci hissəsinə sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:37-də sürücü Şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində düzünə hərəkət edərək “Azərenerji” Səhimdar Cəmiyyətin Sumqayıt Regional İdarəsinə çatdıqda anidən sola dönmə manevri etməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla daim dəyişən yol şəraitinə diqqət yetirmədən yol hərəkəti iştirakçılarının və həmin yolda hərəkət edən nəqliyyat vasitələrin hərəkətinə təhlükə yaratmaqla hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək hərəkətinə davam etdyi an arxadan eyni istiqamətdə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Benz C180” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərbənin təsirindən sonuncu avtomobilin irəliyə doğru hərəkət edərək qarşı əks hərəkət yolu ilə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Yaolon” markalı 50-B-291 dövlət qeydiyyat nişanlı motosiklla toqquşmasına və özünün idarə etdiyi avtomobilin yolun sol kənarında yerləşən divar qatına çırpılmasına səbəb olmaqla özünün təpə nahiyyəsinin yumşaq toxumalarının əziyi, dərialtı hematoması, sol kürəküstü, sol baldır nahiyyəsinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran, sürücü Zərərçəkmiş şəxs1 döş qəfəsinin və qarın nahiyyəsinin dərialtı hematomaları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran, hadisədə “Mersedes Benz C180” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs3 sağ dirsəyin sıyrığı, sağ əlin qançırları, döş qəfəsinin və sağ budun geniş ölçülü qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran, Zərərçəkmiş şəxs4 Firudun qızının hər iki bazunun, sol dirsəyin, sağ baldırın qançırları, alın nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol göz qapaqları və gözaltı nahiyyənin, həmin gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş qançırı-şişkinliyi ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvuran və motosikl sürücüsü Zərərçəkmiş şəxs2 sol ayağın V barmağının yerdəyişən sınığı və döş qəfəsinin geniş ölçülü qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri almaları ilə və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsili bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2548/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2548/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver