Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2549/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında 10 oktyabr 2023-cü il tarixli, 00100-02637/23 saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (bundan sonra - BBGİ) tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 51 a, mənzil 64 a olan Şəxs (bundan sonra - Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 491.3 və 492.1-ci maddəsinə əsasən 10 oktyabr 2023-cü il tarixli, 00100-02637/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-nin adından Türkiyə Respublikasına göndərilən **********9290 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə edilmiş bəyan edilmiş yük sənədlərində çatışmazlıq səbəbindən “Qırmızı körpü” gömrük postundan geri qaytarılmış və şirkət BBGİ-ni məlumatlandırmadan gömrük təminatı olan plomb qırılaraq boşaldılması aşkar olunmuşdur. Nəticədə İXM-in 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. BBGİ tərəfindən Şəxs MMC barəsində İXM-in 491.3 və 492.1-ci maddələrinə əsasən tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli, 00100-02637/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmişdir. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiyindən məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 3-33-/3-1-026868/2023 saylı raportdan görünür ki, Şəxs MMC tərəfindən **********9290 saylı GB-lər ilə 99JS081/99ZB464 nömrəli nəqliyyat vasitəsi ilə ixrac olunan mallar sənədlərində çatışmazlıq səbəbindən Qırmızı körpü g/p-dən geri qaytarılmış və şirkət BBGİ-ni məlumatlandırmadan gömrük təminatın pozaraq malları anbarına geri boşaltmışdır. Şəxs MMC-nin nümayəndəsi Məmmədov Siyavuş teyyub oğlu tərəfindən Bakı Baş Gömrük İdarəsinə verilmiş izahatda nümayəndə Türkiyə Respublikasında qeydiyyatda olan “X2. Ve Ticaret LTD.Sti Kustepe” şirkətinin göndərilmiş malı almaqdan imtina etmişdir. Həmin mallara dair sənədlərdə çatışmazlıqların aradan qaldırılması vaxt tələb etdiyi üçün mallar icazəsiz boşaldılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. İXM-in 491.3-cü maddəsinə səsən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 34.3-cü maddəində göstərilmişdir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin adından Türkiyə Respublikasına göndərilən **********9290 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə edilmiş bəyan edilmiş yük sənədlərində çatışmazlıq səbəbindən “Qırmızı körpü” gömrük postundan geri qaytarılmış və şirkət BBGİ-ni məlumatlandırmadan mallar Sumqayıt Şəhərində yerləşən anbara boşaldılmışdır. Beləliklə Şəxs MMC İXM-in 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 51 a, mənzil 64 a olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2549/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2549/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver