Məhkəmə qərarları › İş №3(060)-2549/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2549/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2549/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 müdafiəçisi və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X1 müdafiəçisi və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 müdafiəçisi və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə baxılan zamanı iş üzrə icraatı rədd edən halların mövcud olması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 idarə etdiyi “HYUNDAİ TUCSON” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobil ilə toqquşması nəticəsində avtoqəza baş vermişdir. Baş vermiş hadisə ilə bağlı cinayət işinin başlanılması rədd edilmiş və X1 barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar onun tərəfindən verilmiş şikayət əsasında ləğv edilmişdir. Qeyd edilən qərar üzrə X2 İXM-nin 327.8-ci maddəsi ilə 300 manat inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb qeyd edir ki, şikayətdə xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli qərarın ləğv edilməsi xahiş edilsə də, şikayətə xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli protokol əlavə edilmişdir. Belə ki, Sumqayıt DYPŞ-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:00-da X2 “HYUNDAİ TUCSON” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 barəsində Sumqayıt DYPŞ tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmiş, xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmədiyindən, xx.xx.2025-ci il tarixli İXP7433470 nömrəli protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərildiyindən, müdafiəçi tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 müdafiəçisi və nümayəndəsi Nümayəndə Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar