Məhkəmə qərarları › İş №3(060)-2550/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2550/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2550/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində 9-cu mikrorayon, ev 71, mənzil 44-də qapının qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində 9-cu mikrorayon, ev 71, mənzil 44-də qapının qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Anar Axundov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs göstərdi ki, o Zərərçəkmiş şəxs 20 ildən artıqdır ki tanıyır və bir-biriləri ilə yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin iyul ayında pula ehtiyacı olduğuna görə bu barədə Tamaraya demişdir və o da Kapital Bankdan 10000 manat pul kredit götürərək həmin pulu aylıq ödəmək şrti ilə ona vermişdir. O da həmin pulu faiz olaraq hər ay ödəməyə başlamışdır. Lakin Tamara ona banka borcu olduğunu bildirərək onunla mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30 radələrində o evdə olan zaman Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş və bank borcuna görə onunla mübahisə etməyə başlamışdır. Bu zaman o əsəbiləşərək Tamaranın qolundan tutaraq divanın üstünə itələmiş və onun qolundan tutaraq zorla itələyib yerə yıxmış və evindən çıxmasını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun evindən çıxıb getmişdir. Hadisə zamanı evdə o və Tamara olmuşdur. Aralarında münaqişə təxminən 5-10 dəqiqə olmuşdur. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 20 ildən artıqdır ki, o Şəxs tanıyır və bir-birilərinə yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin iyul ayında o Kapital Bankdan 10000 manat pul çıxardaraq həmin pulu Vəfanın ödəmək şərti ilə fazi vermişdir. Bugünədək bank hər ay onun maaşından 20-22 gün gecikmə tutur. O dəfələrlə Vəfaya bildirsə də, Vəfa hər dəfə pulu tam ödəyəcəyini ona bildirmişdir. O ümumilikdə 20000 manat pulu borca vermişdir. Borcla əlaqədar o Vəfadan pulunu istədikdə Vəfa ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə borcunu tam şəkildə verəcəyinə söz vermişdir, lakin həmin tarixdə bəhanələr gətirərək borcu verməmişdir. xx.xx.2022-ci il tarixdə telefonla onunla danışdıqda Vəfa onu evinə çağırmış və o həmin tarixdə saat 15:30 raələrində Vəfanın yaşadığı 9-cu mikroraypnda mənzilinə gəlmişdir. Vəfa ilə söhbət zamanı borcunu istədikdə eləcə də borcu barəsində qaynına deyəcəyini bildirdikdə Vəfa əsəbiləşmiş, onun ünvanına tərbiyəsiz söyüşlər söymüş və anidən onu divana itələmiş, sonra isə əli saçlarından yapışaraq dartmağa başlamış və bundan sonra təpiklə qarnından vurmuşdur. O Vəfaya heç bir təzyiq göstərmədən onu buraxmasını xahiş etmişdir. Bundan sonra evindən “cəhənnəm olmağını” ona bildirmişdir. O Vəfanın evindən qaçaraq aşağı həyətə düşmüş və orada işləyən MİS-in əməkdaşları ona dərman və su verərək onu sakitləşdirmişlər. Bundan sonra tanımadığı şəxsdən telefonunu istəyib 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Şəxs ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Anar Axundov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 3-cü PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 1275 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: bel və qarın nahiyyənin qançırları. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə 480 manat kredit borcu ödənilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar