Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2551/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 29 sentyabr 2022-ci il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 08:35 radələrində özünə məxsus **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı X5 ilə Sumqayıt şəhəri, dəniz kənarına gəlmiş və PPX-nın əməkdaşları tərəfindən PB-nə gətirilmişdir. Sumqayıt şəhər PND-nə ekspres test üsulu ilə müayinə edilmişdir. Müayinə zamanı sidik analizindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 izahatında göstərdi ki, o, təhqiqatın xx.xx.2022-ci il tarixli qüvvədə olan qərarına əsasən Şəxs barəsində İXM-nın 206-cı maddəsi ilə protokol tərtib etmişdir. Araşdırma zamanı Şəxs özü narkotik vasitə qəbul etdiyini səmimi etiraf etmiş, onun narkotik istifadəçisi olub-olmaması barədə Sumqayıt RND-nə aparılmış müayinə olunaraq A/965 saylı protokol ilə narkotik vasitə istifadə etməsi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 08:35 radələrində özünə məxsus **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əvvəllər tanıdığı X8 qizi ile birlikdə Sumqayıt şəhərində yerləşən dəniz kənarına gedərək hava almışlar. O **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşını dənizin içərisinə sürüb saxlamış, avtomobilin bir neçə foto şəkillərini çəkərək avtomobilin arxa oturacağını açaraq hər ikisi də avtomobilin içərisində yatmışdırlar. PPXT-ın əməkdaşları dənizin içərisində saxladığı avtomobilə yaxınlaşaraq onları yuxudan oyadaraq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirmişlər. O, beş gün əvvəl Bakı şəhərində metamfetamin qəbul etmişdir. Daha sonra onu Sumqayıt RND-nə aparılaraq müayinə olunmuş, müayinə zamanı narkotik vasitə istifadə etməsi aşkar olunmuşdur. Hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 3721 saylı rəyində göstərilmişdir ki, Şəxs Psixostimulyatorların və Konnabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu aşkar olunmuşdur. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/965 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il saat 11:15) narkotik maddənin (marixuana) təsiri altında olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022ci il tarixli, 3721 saylı rəyini və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/965 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2551/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2551/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver