Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2553/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və materialllara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 03 avqust 2021-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 444.0.4 və 538.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Sumqayıt şəhəri, Sənaye zonası, ev Kimyaçılar küçəsi 1, mənzil 1 ünvanındakı obyektdə 28.07.2021-ci il tarixdə 2 ədəd avadanlığın uyğunluq sertifikatının olmadığı, metal tullantıların uyğunluq sertifikatının olmadığı, radiasiya müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd və digər ölçmə vasitələri olan 3 ədəd tərəzinin tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı və istehsalatda istifadə olunan xammalın sertifikatı olmamışdır. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə təqsirləndirilməsi göstərilsə də, İXM-nin 447.0.4-cü maddəsinin mahiyyətinə uyğun "xxxx" MMC-nin törətdiyi inzibati xətanın mahiyyəti protokolda düzgün qeyd edilməmişdir. Məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokolun xətanın mahiyyətinə aid hissəsində qeyd edilən "xxxx" MMC-nin “2 ədəd avadanlığın uyğunluq sertifikatının olmadığı”, həmçinin radiasiya müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd və digər ölçmə vasitələri olan 3 ədəd tərəzinin tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı və istehsalatda istifadə olunan xammalın sertifikatının olmadığı qeyd olunsa da, konkret hansı markalı, növlü (texniki pasportuna əsasən) avadanlığın uyğunluq sertifikatının olmadığı, radiasiya müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd hansı markalı, növlü (texniki pasportuna əsasən) avadanlığın, həmçinin digər ölçmə vasitələri olan 3 ədəd hansı markalı, növlü tərəzinin (texniki pasporta əsasən) uyğunluq sertifikatının olmadığı, həmçinin istehsalatda istifadə olunan hansı xammalın sertifikatının olmadığı protokolda konkret olaraq göstərilməmişdir. Qeyd olunan uyğunsuzluqlarla bağlı məhkəmə onu da qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal müəssisəsi olduğundan həmin müəssisədə çoxlu növdə avadanlığın, xammalın olması mümkündür. İnzibati xəta haqqında protokolun yazılmasına əsas olmuş avadanlıqların konkret markası, növü və digər texniki göstəriciləri protokolda qeyd olunmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daxil olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 538.1-ci maddəələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2553/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2553/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver