Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2554/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsiBekirov Nəsrəddin Hacı oğlunun iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi ünvanı ünvan 1suliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 447.0.4 və 538.1-ci maddələri ilə 23 iyul 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Sənaye zonası, ev Metalbazaya gedən yol ünvanında yerləşən obyektdə 23.07.2021-ci il tarixdə 3 ədəd qurğunun uyğunluq sertifikatının olmadığı, digər ölçmə vasitəsinin (avtomobil tərəzisi) tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı, istehsalda istifadə olunan xammalın və satılan metal məmulatların uyğunluq sertifikatlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X5 protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına dair 000033 №li, 17.07.2021-ci il tarixli qərarından görünür ki, baş məsləhətçi X6, aparıcı məsləhətçi X9 və böyük metroloq X7 tərəfindən Sumqayıt şəhəri, Sənaye zonası, ev Metalbazaya gedən yol ünvanında yerləşən "xxxx" MMC-də 02 (iki) gün müddətində (22.07.2021-ci il tarixdən – 23.07.2021-ci il tarixədək) yoxlama aparılması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23 iyul 2021-ci il tarixli, 000033 №-li yoxlama aktından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000033 saylı, 17.07.2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair KY ********* olan çıxarışa əsasən baş məsləhətçi X6, aparıcı məsləhətçi X9 və böyük metroloq X7 tərəfindən Sumqayıt şəhəri, Sənaye zonası, ev Metalbazaya gedən yol ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektdə Sumqayıt İstehsalat Sahəsinin sahə rəisi X4 iştirakı ilə yoxlama aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000033 saylı, 17.07.2021-ci il tarixli plandankənar yoxlama ilə bağlı yoxlama suallarının siyahısından müəyyən edilmişdir ki, "xxxx" MMC əlvan metal, qara metal, qiymətli daşlar, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı həyata keçirilən obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, maşın və mexanizmlərin uyğunluq sertifikatı olmamış, metal tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatı olmamış, istehsalatda istifadə olunan xammalın uyğunluq sertifikatı olmamış və satılan metal məmulatların uyğunluq sertifikatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi "xxxx" MMC-yə 27.04.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, elektrik qaynaqlı polad borular 27.04.2022-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi "xxxx" MMC-yə 27.04.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, tikinti konstruksiyalar üçün bağlanıb qaynaq edilmiş dördkünc və düzbucaqlı əyilmiş polad profillər 27.04.2022-ci il tarixədək dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan A25.11.2020-ci il tarixli Ölçmə vasitələrinin yoxlanılması haqqında 0841/3-2020 №-li Şəhadətnamədən "xxxx" MMC-yə məxsus ölçmə vasitəsi olan avtomobil tərəzisinin tipinin “Esit PWİ” olduğu müəyyən edilmişdir. “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 fevral 2021-ci il, 39 №-li Qərarı ilə təsdiq edilmiş Metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsinin 6.8-ci bəndinə uyğun olaraq metal tullantılarının yekun radiasiya müayinəsi müvafiq ölçmələrin aparılmasına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin laboratoriyası və ya belə akkreditasiyası olan digər radiasiya nəzarəti laboratoriyası tərəfindən aparılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.51-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 447.0.3 – 447.0.6 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.7, 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır. İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi ünvanı ünvan 3ində Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə 23 iyul 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Sənaye zonası, ev Metalbazaya gedən yol ünvanında yerləşən obyektdə 23.07.2021-ci il tarixdə 3 ədəd qurğunun uyğunluq sertifikatının olmadığı, digər ölçmə vasitəsinin (avtomobil tərəzisi) tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı, istehsalda istifadə olunan xammalın və satılan metal məmulatların uyğunluq sertifikatlarının olmadığı müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi "xxxx" MMC-yə 27.04.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatına əsasən tikinti konstruksiyalar üçün bağlanıb qaynaq edilmiş dördkünc və düzbucaqlı əyilmiş polad profillər 27.04.2022-ci il tarixədək, 27.04.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatına əsasən isə tikinti konstruksiyalar üçün bağlanıb qaynaq edilmiş dördkünc və düzbucaqlı əyilmiş polad profillər 27.04.2022-ci il tarixədək dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 1suliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 447.0.4cü maddəsinə əsasən 4.000,00 (dörd min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2554/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2554/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver