Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2554/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Əzizov Köçəri Lətif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24068558 saylı X2 Lətif oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əzizov Köçəri Lətif oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24068558 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, ona yazılan EQ24068558 nömrəli protokolda olan görüntülər doğru deyildir. O, xx.xx.2024-cü ildə saat 12-30 13-10 radələrində Sumqayıt şəhərindən Ceyranbatan qəsəbəsinin məzarlığında dəfn edilmiş rəhmətlik Atası-Anasının məzarını ziyarət etmək üçün Ceyranbatan gedərkən Sumqayıt gömrük İdarəsinin həyətinə sağa dönərək girmiş maşını orada saxlamış özü qardaşı Əzizov Düşərdi ilə çiçək almağa getmişlər. Onlar Düşəri ilə piyada qarşı tərəfdəki çiçəkçilərdən çiçək alıb yoluna sağ tərəfə, Ceyranbatana doğru hərəkət etmişlər. Saat 14-20 radələrdə evə qayıtmışlar. Axşam saat 18-də telefona şəkillər gəlib ki, onlara arxaya və ya sola döndüklərinə görə 100 manat cərimə yazılıb. O, nə sola, nə arxaya dönməmişdir. Sağa Ceyranbatan istiqamətinə hərəkət etmişdir, bu şəkilləri kamera deyil, montaj edildiyini düşünür. Xahiş edir ki, bu görüntünün vidyo görüntüsünü görməyə ona kömək edəilsin və ona yazılan bu qanunsuz cərimənin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. O, telefonla həmin yerlərinin videosunu çəkib polislərə göstərsə də onlar ona məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Xahiş edir ki, onun haqqını bərpa etmək üçün ona yazılan 100 manat qanunsuz cərimənin ləğv etmək haqqında qərar qəbul edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət verən şəxs və qərarından şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərardan şikayət vermiş şəxs Əzizov Köçəri Lətif oğlu şikayət ərizəsində qeyd olunanları müdafiə edərək bildirdi ki, valideynlərinin məzarını ziyarət etmək üçün qəbiristanlığa getmiş, gömrük idarəsinin yaxınlığında avtomobilini saxlamış, ziyarət etdikdən sonra təxminən saat 2-yə qalmış radələrdə evə qayıtmış, axşam saat 6-7 arası ona qayda pozuntusu ilə bağlı sms gəlmişdir. Səhərisi gün yol polis şöbəsinə getmiş, videogörüntü təqdim edilməsini istəmiş, lakin ona videogörüntü olmadığını bildirmişlər. Buna görə də şikayət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əzizov Köçəri Lətif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan şəhər təhlükəsizlik kamerasından çıxarılmış videgörüntüdən görünür ki, “Opel Zafira minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsində hərəkətdə olarkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 1, 3 və 11-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; Həmin Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 1 və 5-ci bəndinə əsasən “Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə ““Opel Zafira minik” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əzizov Köçəri Lətif oğlu Sumqayıt şəhəri, Sülh küçəsində üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24068558 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əzizov Köçəri Lətif oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əzizov Köçəri Lətif oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24068558 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əzizov Köçəri Lətif oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Əzizov Köçəri Lətif oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24068558 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2554/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2554/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver