Məhkəmə qərarları › İş №3(060)-2556/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2556/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2556/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürounun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, B.Vahabzadə küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Vətəndaş Şəxs barəsində 29 sentyabr 2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən köhnə Türk Liseyinin qazanxanasından 90 manat dəyərində 2 ədəd su motorunu oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs şəxs Mehman Əsədov məhkəmə iclasında bildirdi ki, vətəndaş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 14 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Buna görə də həmin fakt əsasında Şəxs barəsində 29 sentyabr 2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən köhnə Türk Liseyinin qazanxanasından 90 manat dəyərində 2 ədəd su motorunu oğurlamışdır. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən məktəbbinasının qazanxanasından 2 ədəd su motorunu qapının açıq olmasından istifadə edərək götürüb getmiş və sataraq öz ehtiyacını ödəmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ciil tarixdə, saat 09:00 radələrində işini məktəbə gələn zaman qazanxananın qapısının açıq olmasından orada oğurluq hadisəsinin baş verməsindən şübhələnmiş, qazanxanaya baxan zaman 1 ədəd yararszı halda olan, 1 ədəd istifadədə olan su motorunun olmamasını görmüş, oğurladığından əmin olduqdan sonra aidiyyatı üzrə polis bölməsinə müraciət etmiş, baş vermiş hadisə nəticəsində ona 90 manat maddi ziyandəydiyini bildirmişdir. Hazırda inzibati xəta törətmiş şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs oğlunun məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs oğllu tərəfindən dəymiş ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 14 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin inzibati xətanı törədən şəxs Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar