Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2557/2023 01.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 inzibati xəta haqqında iş üzrə 09 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək X2 inzibati xəta haqqında iş üzrə 09 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X8 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Qida X1-X11 rəisi İrfan İsgəndərov inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar düzgün qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Qida X1-X11 əməkdaşları xx.xx.2023-cü il tarixdə onun işlətdiyi «Dostluq» ailəvi istirahət mərkəzində olmuş, onlara edilən qulluqdan narazı qalmış və onun iştirakı olmadan xx.xx.2023-cü il tarixli, YA-0361 saylı akt tərtib etmişlər. Həmin aktın əsasında sözügedən qərar qəbul edilərək onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.9. maddəsi ilə təqsirli bilərək 1500 manat cərimə etmişlər. X2 əməkdaşları obyektə gəlib-getdikdən sonra onu Agentliyə dəvət etmişlər. Agentliyin rəisi ona əməkdaşları tərəfindən neqativ heç nə aşkarlanmadığı barədə bilgi vermişdir. Lakin sonradan cərimə olunmağım barədə ona poçt vasitəsi ilə Qərar göndərmişlər. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 01 noyabr avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətə uyğun izahat verərək həmçinin bildirdi ki, inzibati tənbehvermə haqqında qərarda göstərilib ki, guya Yusif Dadaşova məxsus “Dostluq” kafesində çay istəyərkən, kafenin işçisi onlara çayın yalnız yeməklə, yaxud yeməkdən sonra verildiyini bildirib. X12 iştirakı olmadan tərtib edilib. Həmçinin kafenin meyusunda çay da nəzərdə tutulub. Lakin, həmin kafe çayxana deyil, ailəvi istirahət mərkəzidir. Bəzən gələn qonaqlar yalnız çay sifariş verərək saatlarla kafedə oturub yer məşğul edirlər və digər müştərilərilərə yer olmur. Həmin kafe sahibkarlıq obyektidir və bununla bağlı sahibkara hər hansı tənbeh tətbiq edilə bilməz. Qərarı qəbul etmiş orqanın əməkdaşları kafedə oturarkən göstərilən xidmətdən narazı qalmışlar. Bu səbəbdən qeyd edilən qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 etibarnamə üzrə nümayəndəsi X9 izahatında bildirdi ki, yoxlama zamanı kafedə çay sifarişi verərkən xidmət göstərən şəxs bildirib ki, kafedə çay yalnız yeməklə birlikdə və ya yeməkdən sonra verilir. Bu isə istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə ki, kafenin menyusunda çay verilməsi nəzərdə tutulmuş, lakin çayın yalnız yeməklə verilməsi qeyd edilməmişdir. Beləliklə, kafedə istehlakçıların hüquqlarının məhdudlaşdırılması müəyyən edilmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X8 barəsində xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 09 oktyabr 2023-cü il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X8 barəsində İXM-in 447.0.9-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o 1 500 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sarı Qaya massivində fəaliyyət “Dostluq” kafesində menyuda göstərilən qara çayın yalnız qida ilə birlikdı və ya qidadan sonra qəbul edildiyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən yoxlama zamanı kafedə menyuda göstərilən qara çay sifarişinin yalnız qida ilə birlikdə və ya yemək qəbulundan sonra müştərilərə təqdim edildiyi müəyyən edilmişdir. Beləliklə, kafedə istehlakçıların hüquqlarının məhdudlaşdırılması müəyyən edilmişdir. Bununla da sahibkar “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 xx.xx.2023-cü il tarixli yoxlamanın nəticələri üzrə qərara əsasən Fiziki şəxs X7 məxsus “Dostluq” kafesində aparılmış yoxlama zamanı inzibati xəta aşkar olunduğu üçün vəzifəli şəxs X8 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İXM-in 47.0.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində göstərilmişdir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (417.1.). Həmin Məcəllənin 408.7-ci maddəsində göstərilmişdir ki, əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. İnziabti tənbehvermə haqqında qərarda Yusif Dadaşovun qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə cərimə edilməsi qərara alınsa da, “müqavilə” dedikdə konkret olaraq nəyin nəzərdə tutulduğu qərarda və ya protokolda nəzərdə tutulmamışdır. Belə ki, əgər qərarı qəbul etmiş orqan “Dostluq” kafesinin yemək menyusunu müqavilə hesab edirsə, qeyd edilməlidir ki, həmin menyu müqavilə deyil, yalnız müqavilənin standart şərtləri və ya ümumi oferta kimi qəbul edilə bilər. Əgər qərarda “müqavilə” dedikdə kafenin əməkdaşının təklifi nəzərdə tutulursa, qeyd edilməlidir ki, bu yemək menyusunda, yəni müqavilənin standart şərtlərində nəzərdə tutulanlar əsasında şifahi müqavilənin bağlanması təklifi kimi qiymətləndirilməlidir. Eyni zamanda protokolu tərtib etmiş şəxs kafedə xidmət göstərən şəxsin kim şəxsin şəxsiyyətini müəyyən etməmiş, Yusif Dadaşovun izahatını almamış və zəruri araşdırma aparmadan qeyd olunan qərarı qəbul etmişdir. İXM-də göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir (134.1.4.). Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1.), bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6.) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar ləğv olunmalı və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iş üzrə əlavə araşdırma aparılması üçün müvafiq orqana göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 şikayətu təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 09 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. 27 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işə yenidən baxılması üçün materiallar Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X3 qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2557/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2557/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver