Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2559/2022 30.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Tələbkar Nəsirova (Ağayeva) Aysel Əhməd qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13549/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsi Şəxs Fərhad oğlu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Nəticədə aliment üzrə 6083 (altı min səksən üç) manat borc yaranmışdır və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1656/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi Şəxs Fərhad oğlu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Nəticədə aliment üzrə 875 (səkkiz yüz yetmiş beş) manat borc yaranmışdır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13549/2017 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs Fərhad oğlundan hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində aliment iddiaçı Nəsirova (Ağayeva) Aysel Əhməd qızının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1656/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs Fərhad oğlundan tutularaq iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Borclu dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunsa da, alimenti ödəməsi barədə xəbərdar edilsə də, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmiş və alimenti ödəməmişdir. Onun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13549/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsi üzrə 6083 (altı min səksən üç) manat, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1656/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə isə 875 (səkkiz yüz yetmiş beş) aliment borcu yaranmışdır. Protokolu müdafiə etdiyini və Şəxs Fərhad oğlunun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlu məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13549/2017 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində aliment iddiaçı Nəsirova (Ağayeva) Aysel Əhməd qızının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1656/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda aliment borcundan tələbkar Nəsirova (Ağayeva) Aysel Əhməd qızına 500 (beş yüz) manat ödədiyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Nəsirova (Ağayeva) Aysel Əhməd qızı məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13549/2017 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs Fərhad oğlundan hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Şəxs Fərhad oğlu alimenti vaxtı-vaxtında ödəməmiş və nəticədə 6083 (altı min səksən üç) manat aliment borcu yaranmışdır. Hal-hazırda aliment borcundan ona 500 (beş yüz) manat ödəmişdir. Aliment borcunun ödənilməsi tələb edərək Şəxs Fərhad oğlu barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Fərhad oğlu bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs Fərhad oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Fərhad oğlu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13549/2017 saylı, xx.xx.2017-cı il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1656/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə aliment borclarının ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Fərhad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 30 sentyabr 2022-ci il, saat 14:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Fərhad oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2559/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2559/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver