Məhkəmə qərarları › İş №3(060)-256/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-256/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-256/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sumqayıt şəhəri, X4 qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 44 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 2-ci X3 Əli Natiq oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Emin” şadlıq evinin yaxınlığında 1 nömrəli tədbir zamanı idarə etdiyi **-FU-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2172” markalı avtomobillə yola çıxaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Emin” şadlıq evinin yaxınlığında 1 nömrəli tədbir zamanı idarə etdiyi **-FU-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2172” markalı avtomobillə yola çıxaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2172 markalı, **-FU- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə işdən evə qayıdarkən yolun bağlı olduğunu görmüşdür. Polis əli ilə ona işarə edərək dur işarəsi və sonra avtomobili arxaya çəkməsini bildirmişdir. O da avtomobili arxaya çəkərək gözləmiş, sonra yenidən polis əməkdaşı ona avtomobili bir qədər də arxaya çəkməsini bildirmişdir. O da bir qədər gözlədikdən sonra yolun kənar hissəsi ilə əlavə yolla hərəkət etmiş, yolun hər tərəfdən bağlı olduğunu gördüyü üçün hərəkəti dayandırmış, yol açıldıqdan sonra yaşadığı ünvana getmişdir. Həmin vaxt hansı tədbir olmasından xəbəri olmamışdır, lakin yolun bağlı olduğunu və inasanların dayandığını görmüşdür. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində inzibati xəta tərkibi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin post-patrul xidməti taboru, polis nəfəri, polis nəfəri-sürücü, polis serjantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman 1 nömrəli tədbir ilə əlaqədar Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “Emin” şadlıq sarayının yanında posta olduğu müddətdə saat 17:00 radələrində VAZ 2172 markalı, **-FU-*** nömrəli avtomobil yaxınlaşmış, o, həmin avtomobilin sürücüsünə avtomobili arxaya çəkməsini bildirmiş, o da avtomobili yoldan qismən çəkərək dayanmış, müəyyən olunan yerə çəkməmiş, daha sonra yolun kənar hissəsi ilə əlavə yolla gedərək yenidən qayıtmışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, öz hərəkətlərinə davam edərək onların xidməti fəaliyyətinə mane olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs polis qanuni tələbinə tabe olmayaraq onların xidməti fəaliyyətinə maneçilik törətmişdir. Polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bununla da Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğu təsdiq edilir. Eyni zamanda barəsində protokol tərtib edilmiş şəxs və şahidon izahatından görünüdüyü kimi, Şəxs polis əməkdaşı tərəfindən insanların hərəkətinin məhdudlaşdırdığını görmüş, polis əməkdaşının dur və daha sonra avtomobilin geri çəkilməsi işarəsi verməsinə baxmayaraq, qanuni tələbə qismən əməl etmiş, bu səbəbdən polis əməkdaşı yenidən avtomobilin geriyə çəklməsi işarəsi vermiş, lazimi məsafədə saxlamadığına görə dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə polis əməkdaşı avtomobilin qarşısında dayanmış, Şəxs bundan sonra avtomobili köməkçi yola sürərək əsas yola çıxmaq istədiyini isə polis əməkdaşı işarə ilə saxlamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 yanvar 2023-cü il tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun hərəkətlərinin davamlılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar