Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-256/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində polisin ünvanına nəlayiq ifadələr işlədərək ictimai qaydanın qoruyan polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidməti ərazidə inzibati xəta aşkar edərək qanuni tədbir görülməsi məqsədilə PB-nin sahə rəisi, polis leytenantı Nicat İmranlı və əməliyyat müvəkkili, polis baş leytenantı Nicat Abduyevlə birlikdə həyata keçirdikləri reyd zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Fərid Optik” mağazasının yanında yerləşən “Karqo” mağazasının qarşısında 06 (altı) ədəd taxta tullantısının olduğunu görmüşlər, daha sonra oraya yaxınlaşaraq həmin taxta tullantılarının onlara məxsus olub-olmadığı barədə soruşduqda obyektə məxsus olduğunu bildirdilər. Daha sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tələbləri pozulduğu üçün, yəni məişət tullantılarını tutumlardan kənar yerlərə atılmasına görə inzibati protokol tərtib olunacağı barədə bildirmişlər. Daha sonra orada usta işlədiyini bildirən Ağasəf adlı şəxslə profilaktik söhbət zamanı bildirdi ki, “mundarlar” cərimənin qiymətini qaldırıb, bu zaman onlar həmin şəxsə nə üçün polisin ünvanına bu ifadə işlətdiyini bildirmişlər və bunun qanunsuz olduğu barədə izah etmişlər. Daha sonra onu bununla bağlı Polis Bölməsinə dəvət etdikdə Ağasəf adlı şəxsin bacısı Züleyxa adlı şəxs sonradan gəlməsinə baxmayaraq, qardaşını hansı əsasla bölməyə dəvət etdiklərini soruşdu. Onlar vətəndaşa bu barədə məlumat verdikdən sonra onların qanuni tələblərinə tabe olmayaraq özünün heç bir yerə getmiyəcəyini bildirərək tabesizlik göstərdi. Ağasəfi maşına əyləşdirmişlər, lakin sonradan o, maşının qapısını açaraq onlarla kobud danışmağa, mübahisə etməyə, səs-küy salmağa başlamış və onlarla getməyəcəyini bir daha qeyd etmişdir. Daha sonra vətəndaşın halı pisləşdiyi üçün oraya təcili tibbi yardım yaxınlaşmış və vətəndaşa ilkin tibbi yardım göstərildikdən sonra halı yaxşılaşdığı üçün əməliyyat qrupunun köməyi ilə o, PB-yə gətirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Fərid Optik” mağazasında eynək ustası işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 10:30 radələrində işdə olan zaman 03 (üç) nəfər polis əməkdaşı içəri daxil olaraq çöldə olan taxta tullantılarinin kimə məxsus olduğunu soruşdu, o, tullantı deyil uzun şalban olduqlarını bildirərək gələcəkdə 2-ci mərtəbə düzəldiləcəyi üçün həmin şalbanlardan istifadə olunacağını bildirmişdir. Polis əməkdaşları buna görə onların barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirdi. Bu zaman o rəhbərliyə zəng edərək polis əməkdaşlarının gəldiyini və onların barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını demişdir. Polis əməkdaşları ilə söhbət əsnasında mundar radarlar çəkir, cərimələrində məbləğinin artırıldığını bildirmiş, bu zaman polis əməkdaşı ona bu ifadəsinə görə onlarla PB-nə getməli olduğunu bildirmişdir. Həmin vaxt mağazaya bacısı Züleyxa gəlmiş və polis əməkdaşlarını qardaşını niyə PB-nə apardıqlarını və bununla bağlı sənədləri olduğunu soruşdu. Polis əməkdaşları ona onun barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirdi. O, polis əməkdaşlarına tabesizlik göstərməyərək polis əməkdaşlarının avtomobilinə əyləşmiş, bacısının polis əməkdaşları ilə mübahisə etdiyini görərək bacısını sakitləşdirmək üçün avtomobildən düşmüş, halı pisləşmiş və o, yıxılmşdır. Daha sonra oraya oraya təcili tibbi yardım yaxınlaşmış, o müayinə olunduqdan sonra polisəməkdaşları ilə PB-nə getmişdir. Barəsində aparılan inzibati xəta haqqında icrata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidməti ərazidə inzibati xəta aşkar edərək qanuni tədbir görülməsi məqsədilə PB-nin sahə rəisi, Kamran Sahibov və əməliyyat müvəkkili, polis baş leytenantı Nicat Abduyevlə birlikdə həyata keçirdikləri reyd zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Fərid Optik” mağazasının yanında yerləşən “Karqo” mağazasının qarşısında 06 (altı) ədəd taxta tullantısının olduğunu görmüşlər, daha sonra oraya yaxınlaşaraq həmin taxta tullantılarının onlara məxsus olubolmadığı barədə soruşduqda obyektə məxsus olduğunu bildirdilər. Daha sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tələbləri pozulduğu üçün, yəni məişət tullantılarını tutumlardan kənar yerlərə atılmasına görə inzibati protokol tərtib olunacağı barədə bildirmişlər. Daha sonra orada usta işlədiyini bildirən Ağasəf adlı şəxslə profilaktik söhbət zamanı bildirdi ki, “mundarlar” cərimənin qiymətini qaldırıb, bu zaman onlar həmin şəxsə nə üçün polisin ünvanına bu ifadə işlətdiyini bildirmişlər və bunun qanunsuz olduğu barədə izah etmişlər. Daha sonra onu bununla bağlı Polis Bölməsinə dəvət etdikdə Ağasəf adlı şəxsin bacısı Züleyxa adlı şəxs sonradan gəlməsinə baxmayaraq, qardaşını hansı əsasla bölməyə dəvət etdiklərini soruşdu. Onlar vətəndaşa bu barədə məlumat verdikdən sonra onların qanuni tələblərinə tabe olmayaraq özünün heç bir yerə getmiyəcəyini bildirərək tabesizlik göstərdi. Ağasəfi maşına əyləşdirmişlər, lakin sonradan o, maşının qapısını açaraq düşmüş, halı pisləşdiyi üçün oraya təcili tibbi yardım yaxınlaşmış və ona ilkin tibbi yardım göstərildikdən sonra halı yaxşılaşdığı üçün əməliyyat qrupunun köməyi ilə o, PB-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X7 da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin izahatını və vəkilin çıxışını dinləyib hesab edir ki, Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4-1ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-256/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-256/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver