Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2561/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X8 İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs: X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, Sumqayıt şəhəri, 9-cu məhəllə, İnşaatçılar qəsəbəsi, yataqxana 10/2-ci paralel küçəsi, ev 44, otaq 40 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə X8 İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala və xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2020-ci il trixdə bacısı X1 yaşadığı ünvana gələrək xuliqanlıq əməlini törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X8 İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 bildirdi ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə ünvan 1 ünvanında yaşayan X1 qardaşı Ramilin onun evinə gələrək onu öldürməklə hədələməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin zəng mərkəzi sisteminə ünvanladığı xx.xx.2020-ci il tarixli NK-1 1667 nömrəli məlumat daxil olmuşdur. Eləcə də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə X1 xx.xx.2020-ci il tarixli ərizəsi daxil olmuş və öz ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qardaşı Şəxs onun ünvanına gələrək onu ölümlə hədələmişdir. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. ünvan 1 ünvanı ata mülkü olmuşdur. 2007-ci ildə atası rəhmətə getməmişdən əvvəl onun razılığı ilə banka borcu olduğuna görə ev onun əlindən alınmasın deyə ata mülkü böyük bacısı Aslanova Naibəinin adına keçirilmiş, 2011-ci ildə rəhmətlik bacısı Naibə həmin mənzilə dair bölgü aparılması üçün məhkəməyə iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə mənzildən düşən payın 50 faizi anasına, 50 faizi isə övladlar arasında bölünmüş, bununla da ona və bacılarının hər birinə 4000 manat pay ayrılmış, lakin həmin pul ona verilməmiş, buna baxmayaraq o özü-özünə ayrı ünvanda ev almış və ailəsi ilə özünə aldığı evdə yaşamağa başlamışdır. Uzun illərdir hazırki yaşadığı yataqxanada yaşayır, lakin 5 nəfər ailə üzvünə bir otaqlı mənzildə qalmaq çətindir və anasının ona sağlığında etdiyi məsləhəti ilə o ata yurduna köçmək qərarına gəlmişdir. Bir neçə dəfə bacısı Məhbubənin hazırki yaşadığı ünvana getsə də və həmin ünvanda yaşamasını desə də, Məhbubə səs-küy salıb onu həmin evdən qovmuş, evə daxil olmağa imkan verməmiş, əsassız olaraq ondan polisə şikayət etmişdir. xx.xx.2020-ci il tarixdə bir daha həmin ünvana gedəndə Məhbubə ona qapını açmamış və belə olan halda eyvanın pəncərəsinin şüşəsini itələyib şüşəni çıxardaraq mənzilin eyvanına daxil olmuş, sonra isə eyvanda olanda Məhbubə ondan polisə şikayət etdiyi üçün polis əməkdaşları həmin ünvana gəlib onu 1-ci PB-nə dəvət etmişlər. Mənzilə daxil olandan sonra Məhbubəni söyməmiş, Məhbubəni və ya bacılarını ölümlə hədələməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, atasının vəfatından sonra yaşadığı 17-ci mikrorayon, ev 44, mənzil 36 ünvanı 2007-ci ildə bacısı X3 adına keçirilmiş, anası, bacısı və qardaşı həmin ünvanda qeydiyyatda olmuşlar. Bir müddətdən sonra qardaşı Şəxs ev iddiasına qalxmış və bütün bunlardan sonra iş məhkəməyə qədər çıxmış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən Şəxs 4000 AZN kompensasiya ödənilməklə sonuncunun ünvan 2 ünvanında yaşayış hüququna xitam verilmiş, buna baxmayaraq anası sağlığında Ramilə 11500 manat məbləğdə "Pasyolka" deyilən yerdə ayrıca bir otaqlı ev almış və bununla da Ramil öz ailə üzvləri ilə birlikdə yeni evdə yaşamağa başlamışdır. Lakin 2018-ci ildə anasının vəfatından sonra Ramil yenidən ev iddiasına qalxmış və anasının vəfatından istifadə edərək onun evində yaşayacağını bildirib onu və digər ailə üzvlərini ölümlə hədələməyə, eləcə də yaşadığı evi yandırmaqla hədələməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə Ramil öz ailəsi ilə birlikdə evinə daxil olaraq onu hədələmiş, o da bu barədə DİN-nin 102 Xidmətinə və 1-ci PB-nə müraciət etmişdir. Həmin günü Ramili və ailə üzvlərini yaşadığı ünvandan çıxartsa da, Ramil həmin gündən sonra mütəmadi olaraq yaşadığı binanın həyətinə gəlmiş, onu narahat etmişdir, onu görən kimi onu söyüb təhqir etmişdir. xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Ramil bir daha yaşadığı ünvana gələrək qapını döymüş, o qapını açmamış və bir qədər keçdikdən sonra Ramil eyvanın şüşəsini sındırıb mənzilə daxil olmuşdur. O, qorxusundan yataq otağına keçmiş və qapını arxasınca bağlamış, Ramil isə evin içərisində ola-ola onu söyüb onu və bacılarını öldürəcəyi ilə hədələmiş, həmin hədələri Ramil sözlə ifadə etmiş, Ramil onu söyüb hədələyəndə evdə kənar şəxslər olmamışdır. Şəxs ciddi şəkildə cəzalanmasını tələb edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun xx.xx.2020-ci il tarixdə, saat 14:00 radələrində ünvan 1-da bacısı X2 təhqir etməsi xırda xuliqanlıq hesab edilmir və hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər şəxsi münasibətlərlə bağlı mübahisə zamanı baş vermiş, məhz şəxsi münasibətlərlə bağlı mübahisə zəminində nalayiq ifadələr işlədilmiş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun xx xxxx 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2561/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2561/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver