Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2561/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə xx.xx.1981-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Üubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 01 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol raport əsasında tərtib olunmuşdur ona görə ki, o 01.08.2021-ci il tarixdə saat 21:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nurlan” şadlıq sarayında xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılarkən 4-cü polis bölməsinin sahə müvəkkili X3 məhkəmə iclasında bildirdi ki, Şəxs barəsində 01 avqust 2021-ci il tarixdə İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol sahə rəisi Faiq Qurbanov tərəfindən tərtib edilib, lakin o hazırda xidməti zərurətlə bağlı məhkəmədə iştirak etmir. Şəxs barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o 01.08.2021-ci il tarixdə, saat 21:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nurlan” şadlıq sarayında xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq onların xidməti fəaliyyətinə mane olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 01.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nurlan” şadlıq sarayında toyda olarkən polislərin işlərinə müdaxilə etmişdir, lakin onlara müqavimət göstərməmişdir. Polislərə yaxınlaşaraq onları aşağı mərtəbəyə söhbət etmək üçün çağırmışdır. Polislərin işlərinə müdaxilə etdiyini düzgün hesab etmir, bu hərəkətinə haqq qazandırmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X7 izahatında bildirdi ki, 01.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nurlan” şadlıq sarayında xidmətdə olarkən Şəxs onları aldadaraq anbardar olduğunu bildirərək içəri daxil olmuşdur. Vaksinasiya ilə bağlı yoxlanış zamanı bir nəfər şəxsi yoxlayarkən o, restoran zalından çıxarkən onların üzərinə yürümüş və onları təhqir edərək küçəyə mübahisə eləməyə çağırmışdır. Lakin onlar Şəxs nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirmişdir. Daha sonra onu PPX-nin avtomobilinə əyləşdirib polis bölməsinə gətirmişdirlər. Məhkəmədə şahid qismində izahat vermiş X9 izahatında bildirdi ki, 01.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nurlan” şadlıq sarayında xidmətdə olarkən Şəxs onları aldadaraq anbardar olduğunu bildirərək içəri daxil olmuşdur. Vaksinasiya ilə bağlı yoxlanış zamanı bir nəfər şəxsi yoxlayarkən o, restoran zalından çıxarkən onların üzərinə yürümüş və onları təhqir edərək küçəyə mübahisə eləməyə çağırmışdır. Lakin onlar Şəxs nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirmişdir. Daha sonra onu PPX-nin avtomobilinə əyləşdirib polis bölməsinə gətirdilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin, sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/661 №li 01.08.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (26.05.2021-ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materialında olan inzibati qaydada tutma haqqında 1357 saylı, 01.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 01.08.2021-ci il tarixdə, saat 23:24-də inzibati qaydada tutulmuş və 03.08.2021-ci il tarixdə, saat 10:00-da azad olunmuşdur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 02 gün tutulduğu müddət nəzərə alınsın və üzərində qəti olaraq 10 (on) gün müddətinə inzibati qaydada həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 03 avqust 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2561/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2561/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver