Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2565/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 YPX inspektoru, polis baş serjantı X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 YPX inspektoru, polis baş serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli, AP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:43 radələrində Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsində hərəkətdə olan zaman işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlanılmış, alkotestr müayinəsi zamanı avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da Qənbərov X1n Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, özünü təqsirli bilmir, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsində hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən reyd keçirildiyi üçün saxlanılmış, YPX əməkdaşları ona spirtli içki qəbul edib-etməməsini soruşmuşlar, o da spirtli içki qəbul etmədiyini bildirmişdir. Bu zaman YPX əməkdaşları onu alkotestr vasitəsilə müayinə etmişlər və alkotestrdə 0,600 promil göstərmişdir. O, vaxt itirməmək üçün YPX əməkdaşlarına heçnə deməmiş, avtomobili duracağa yerləşdirildikdən sonra oradan birbaşa Sumqayıt Narkoloji Dispanserinə gedərək birinci müayinədən 40 dəqiqə sonra yenidən müayinədən keçmişdir. Müayinə zamanı onda alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamış, bu barədə ona həkim tərəfindən akt verilmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 YPX inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsində xidmətdə olan zaman “Opel Astra” markalı avtomobil saxlamışlar. Alkotestr vasitəsilə müayinə zamanı sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən olunmuşdur. Sürücü ilə söhbət zamanı o, günorta spirtli içki qəbul etdiyini bildirmiş və onun dedikləri onların üzərində olan kamera vasitəsilə çəkilmişdir. Həmin video görüntünü məhkəməyə təqdim etmişdir. Sürücü spirtli içki qəbul etmədiyini bildirməmiş və hətta protokol tərtib olunanda da, protoklla tanış olmuş, etirazını bildirməmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli alkotestr qəbzi ilə öz təsdiqini tapır. Alkotestr qəbzinə görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il, saat 22:39-da) 0,600 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan Sumqayıt şəhər RND tərəfindən tərtib olunmuş 5225 nömrəli, xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs (xx.xx.2023-cü il, saat 23:25-də) sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs YPX əməkdaşlarının suallarına cavab verərkən günorta piyvə içdiyini etiraf etmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, iki fərqli Tibbi Aktın mövcud olması və həmin rəylərdən hansının daha mötəbər hesab edilməsinə aydınlıq gətirilməsi barədə dəlillərə gəldikdə birinci müayinədən sonra barəsində inzibati icraat aparılan şəxsin ikinci dəfə həkim müayinəsindən keçməklə sərxoşluq vəziyyətinin olmaması barədə əldə etdiyi rəy həqiqəti əks etdirmir. Həmçinin məhkəməyə təqdim olunmuş diskə baxış keçirilən zaman da barəsində inzibati icraat aparılan şəxs Şəxs günorta piyvə içdiyini etiraf etmiş və inzibati xəta haqqında protokoldan da görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs alkotestlə yoxlama zamanı çıxan nəticəyə etiraz etməmiş, protokolla tanış olmuş və imzalamışdır. Qənbərov X1n Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli alkotestr qəbzi ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona inzibati cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qənbərov X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2565/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2565/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver