Məhkəmə qərarları › İş №3(060)-2572/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2572/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2572/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 29.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq X5 247 manat 23 qəpik ziyan vurmuş, 31.07.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq X6 88 manat 58 qəpik ziyan vurmuş, 23.06.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq Azərbaycan Respublikası Sumqayıt şəhər İH MKT İB Yaşıllaşdırma idarəsinə 300 manat ziyan vurmuş, 15.01.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq X3 50 manat ziyan vurmuş, 28.07.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq X1 88 manat 58 qəpik ziyan vurmuş, 31.07.2021- ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq X2 88 manat 58 qəpik ziyan vurmuş, 02.03.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq Ələkbərov ilham Əli oğluna 50 manat ziyan vurmuş, 31.07.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Smart markalı su sayğacını oğurlayaraq X7 88 manat 58 qəpik ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2567/2021, 3(060)-2568/2021, 3(060)-2569/2021, 3(060)- 2570/2021, 3(060)-2571/2021, 3(060)-2572/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)- 2573/2021 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 03 avqust 2021-ci il tarixə, saat 12:05-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li, 02.08.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2567/2021, 3(060)-2568/2021, 3(060)-2569/2021, 3(060)-2570/2021, 3(060)-2571/2021, 3(060)- 2572/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-2573/2021 nömrə ilə birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar