Məhkəmə qərarları › İş №3(060)-2576/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2576/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2576/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Abdullayev Emin Ağamusa oğlu icraatımda olan AR ƏƏSMN-nin X2 Xidməti Abşeron Xızı Regional şöbəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X1 tərəfindən verilmiş şikayət ərizəsinə baxılmağa hazırlanması zamanı, müəyyən etdi: "xxxx" MMC-nin direktoru X1 AR ƏƏSMN-nin X2 Xidməti Abşeron Xızı Regional şöbəsinin İnzibati tənbehvermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayətin verilməsi müddətini bərpa etməklə həmin qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, X1 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.,132.1.1, 132.1.2 və 132.1.3.). İşdən göründüyü kimi X1 inzibati tənbehvermə barədə qərardan şikayətin giriş hissəsində AR ƏƏSMN-nin X2 Xidməti Abşeron Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etsə də, şikayətin xahiş hissəsində həmin qurumun MN 12911107 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, AR ƏƏSMN-nin X2 Xidməti Abşeron Xızı Regional şöbəsinin İnzibati tənbehvermə haqqında qərarından şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: AR ƏƏSMN-nin X2 Xidməti Abşeron Xızı Regional şöbəsinin İnzibati tənbehvermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə dair "xxxx" MMCnin direktoru X1 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar