Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2578/2023 17.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4, şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati xəta haqqında iş üzrə 24 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati xəta haqqında iş üzrə 24 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslanıdırılmışdır ki, “FORD TRANSİT yük” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X2 mülkiyyətindədir. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, avtomobildə qanunla qadağan olunmuş əlavə xarici işiq cihazının quraşdırıldığını bildirdilər. O isə avtomobildə quraşdırılmış sözügedən işıq cihazlarının qanunla qadağan olunmadığını və heç bir qayda pozuntusu etmədiyini, əgər etmişdirsə də, bunu sübut etməyə borclu olduğunu qeyd etmiş, lakin onun sözləri nəzərə alınmamışdır. Hətta onlara qanunsuz hərəkət etdiklərini, lakin bununla belə işıqları yerindəcə çıxara biləcəyini bildirsə də, razılaşmamış, buna mane olmuş, qanunsuz olaraq cərimə yazmış və maşını duracağa aparmışlar. Yalnız avtomobil duracağa yerləşdirildikdən sonra işıqları çıxarmasına icazə vermişlər. Bundan sonra İXP ******* nömrəli protokol tərtib edilərək ona Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin (bundan sonra - İXM) 342.2.2-ci maddəsini rəhbər tutaraq ona cərimə yazıldığını öyrənmişdir. Bildirdiyi halları DYP avtomobilində quraşdırılmış videomüşahidə kamerası və qanunun tələbinə əsasən əməkdaşın üzərində olan səs yazı cihazı vasitəsi ilə sübut etmək mümkündür. Cərimə tamamilə əsassız və qanunsuzdur. Avtomobildə quraşdırılan həmin işıq cihazları qanunla qadağan olunmuş işıq cihazlarından deyil və digər yol hərəkət iştirakçılarına heç bir maneə yaratmır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. İXM-in 131.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinə uyğun izahat verərək inzibati tənbeh edilməsinə dair xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X6 izahatında göstərdi ki, “FORD TRANSİT yük” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş əlavə xarici işiq cihazı quraşdırılmışdır və qeyd olunan əsasa görə maşın saxlanılmış və İXM-in 342.2.2-ci maddəsinə əsasən cərimə edilmişdir. Qeyd olunanlara əsasən qərarı qəbul etmiş şəxs X3 tərəfindən verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X3 barəsində 24 noyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən 24 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində göstərilmişdir ki, İ. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. İİ. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa “1 saylı Əlavə”də Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı öz əksini tapmışdır. Həmin “Əlavə”nin “Xarici işıq cihazları” adlanan 3-cü bölməsinin 1-ci bəndində nəqliyyat vasitələrinin istismarını qadağan edən nasazlıqlardan biri kimi “xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda” göstərilmişdir. Göründüyü kimi X3 idarə etdiyi avtomobilin zavod konstruksiyasında nəzərdə tutulmayan əlavə işıq cihazları quraşdırmışdır ki, bu da qanunla qadağandır. Bu səbəbdən müvafiq orqan haqlı olaraq onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X6 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görədə X1 şikayəti təmin olunmamalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-in 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2578/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2578/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver