Məhkəmə qərarları › İş №3(060)-2580/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2580/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2580/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, iştirakları ilə, xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, X5 9, bağ 377 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 YPX inspektoru, polis baş serjantı Hüseynov İsa tərəfindən 22.06.2021-ci il tarixli, AP seriyalı ******* N-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs 22.06.2021-ci il tarixdə saat 18:20 radələrində “MERCEDES 200” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 2-ci Paralel küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü spirtli içki qəbul edib sərxoş halda avtomaşını idarə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, etibarnamə əsasında idarə etdiyi olan “MERCEDES” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2-ci Paralel küçəsində idarə edərkən Yol Polisi tərəfindən saxlanılmış, yoxlama zamanı onu alkotester vasitəsi ilə 2-3 dəfə müayinə etmişdirlər. Daha sonra faiz göstərmədiyi üçün onu həkim müayinəsinə dəvət etdilər. Həkim tərəfindən müayinə edildikdən sonra ona sərxoş olduğunu bildirmədən haqqında sərxoşluq rəyi verildi. Həmin gün içmədiyini nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 YPX inspektoru, polis baş serjantı X3 bildirdi ki, Şəxs 22.06.2021-ci il tarixdə saat 18:20 radələrində “MERCEDES 200” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 2-ci Paralel küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama keçirilmiş və həmin zaman məlum olmuşdur ki, sürücü spirtli içki qəbul edib sərxoş halda avtomaşını idarə etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 YPX əməkdaşı X1 eyni məzmunlu ifadə vermişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 6-cı hissəsinə görə sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli, motosikletdə isə motoşlemi düymələmi və sərnişinlərdən də mətəşlemi düymələməsini təmin etməlidir. Həmin Qanunun 73-cü maddəsinin İİİ bəndinin 1-ci yarımbəndində göstərilmişdir ki, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: təchizatından asılı olaraq nəqliyyat vasitələrindəfaraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə-faralar və ya fənərlər, at arabalarında-fənərlər. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 3967 №-li, 22.06.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (22.06.2021-ci il, saat 18:10-da) 0,32% promil alkoqol aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Həmidov X2n Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 2774 №-li, 16.05.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Həmidov X2 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar