Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2580/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Metodoloji təminat bölməsinin rəisi, gömrük xidməti mayoru X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 12 oktyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004205/2023 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********0358 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 4510,08 (dörd min beş yüz on dollar, 08 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsindən hüquqi şəxs "xxxx" MMC-yə ünvanlanmış «alqı-satqı yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair» xx.xx.2023-cü il tarixli 3-33-1800/2-001609/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-33-1800/2-001710/2023 nömrəli xəbərdarlığ və bildiriş məktubları göndərilmiş və ixrac edilmiş malların mügabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürülməsi tələb edilmişdir. Lakin bu günədək "xxxx" MMC tərəfindən vəsait müvəkkil bank hesabına köçürülməmişdir. İş materiallarına əlavə edilmiş DGK X2 Sistemi informasiya resursunun Əməkdaşlığ bölməsinin XİF axtarış yarımbölməsinə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN əsasında hüquqi şəxs kimi qeydiyyata alınmışdır, rəhbəri X7r, fəaliyyəti hal-hazırda aktivdir. Ünvanı AZ5002, ünvan 2dir. DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı-satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Sumqayit Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********0358 sorğu nömrəli bəyannamə üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 4510,08 (dörd min beş yüz on dollar, 08 sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixdə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülletenində göstərilmiş 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, qeyd olunan tarixə 4510,08 (dörd min beş yüz on dollar, 08 sent) ABŞ dollarının milli valyutaya nisbətdə 7667,13 (yeddi min altı yüz altmış yeddi manat, 13 qəpik) AZN təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı araşdırma zamanı, özünü "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Azərbaycan Respublikasının vətəndaşı X1 və təhqiqat şöbəsinə gəlmiş, lakin izahat verməmiş, dəfələrlə istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq bu günədək işlə bağlı izahat verilməmişdir. Qeyd olunan faktla bağlı 11 oktyabr 2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-ın 483-cü maddəsi ilə 00700-00234/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannaməsinin 20-ci qrafasında malların “002” - alqı-satqı yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə” keçirilmə xüsusiyyətində bəyan edilərək “Az-Lead" MMC ilə Sinqapurda fəaliyyət göstərən “Trafiqura Pte LTD” arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 680304 nömrəli alqı-satqı müqaviləsi əsasında 4510,08 ABŞ dolları dəyərində “qurğuşun ərintisindən külçələr” yükü ixrac edilmişdir, lakin 4510,08 (dörd min beş yüz on dollar, 08 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri müvəkkil bank hesablarına qaytarılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4 protokolu müdafiə edərək inzibati xətanı törətmiş "xxxx" MMC barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********0358 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən qurğuşun ərintisindən külçələr Azərbaycan Respublikasından ixrac olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 4510,08 (dörd min beş yüz on dollar 08 sent) ABŞ dolları pul vəsaitinin otuz faizi məbləğində, yəni 1353,024 (bir min üç yüz əlli üç tam iyirmi dörd) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2580/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2580/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver