Məhkəmə qərarları › İş №3(060)-2582/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2582/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2582/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xİdmətinin Abşeron-Xızı regional şöbəsinin əmək müfəttişi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və X8 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi R.N.Salmanov ərizəsini onunla əsaslandırmışdır ki, X4 əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd olaraq xitam verilməsinə istinad edilərək DƏMX-nin Abşeron-Xızı regional şöbəsinin rəisinin tərtib etdiyi MN ******* saylı X8 Protokolun xx.xx.2022-ci il tarixli, MN ******* saylı Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmişdir. Mübahisəli qərardan da göründüyü kimi İXM-nin 114.1.2-ci maddəsi rəhbər tutularaq o, şərti olaraq 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmiş, həmin qərarda qeyd edilmişdir ki, “hüquqpozma aradan qaldırılması üçün, yəni X4 işə bərpa olunması üçün 20 gün müddət müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa cərimə ödənilmir. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.” 20 gün müddət keçdikdən sonra isə qərar icra edilməsi üçün Sumqayıt İcra Şöbəsinə göndərilmişdir. Şikayətə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N saylı, 15 oktyabr 2020-ci il tarixli əmrindən də göründüyü kimi o 15 oktyabr 2020-ci il tarixdən etibarən hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuş, eyni zamanda N nömrəli hərbi hissə komandirinin N saylı, N iyul 2022-ci il tarixli əmrindən də göründüyü hərbi hissənin şəxsi heyyətinin sırasından çıxarılmışdır. Yuxanda qeyd edilən əmrlərdən də göründüyü kimi o, xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə hərbi hissənin komandiri vəzifəsində xidmət etmiş, yəni o 21 dekabr 2022- ci il tarixli DƏMX-nin Abşeron-Xızı regional şöbəsinin rəisinin tərtib etdiyi MN ******* saylı X8 Protokolun xx.xx.2022-ci il tarixli, MN ******* saylı Qərarı çıxarılarkən hərbi hissənin komandiri olmamışdır. Buna görə də, 20 gün müddətində onun hüquqpozmanı aradan qaldırmağı mümkün olmamışdır. Onda olan məlumata əsasən elektoron sistmedə adı hərbi hissə komandiri kimi qaldığı üçün o, hazırki inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, o artıq N iyul 2022-ci il tarixdən etibarən hərbi hissənin heyyətindən azad edilmişdir. Yəni, hazırda texniki səhv, elektron sistemdə yaranmış problem nəticəsində o 1500 manat məbləğində cərimə növündə inzibati tənbəh edilmişdir. Xüsusi mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmuş, hüquqları kobud şəkildə pozularaq məhdudlaşdırılmışdır. Barəsində inzibati xəta haqqmda protokol tərtib edilməsindən xəbəri olmamış, hətta ona məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi R.N.Salmanov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, işçinin işdən azad edilməsi barədə müvafiq əmr xx.xx.2022-ci tarixdə verilmiş, yəni inzibati xəta həmin tarixdə törədilmişdir. Həmin vaxt isə o artıq rəsmi olaraq Laçın rayonunda yerləşən hərbi hissənin komandiri olmuşdur. Bu halı həm iş materillarında olan əmr, həm də indi təqdim etdiyi hərbi biletində olan məlumatlar təsdiq edir. Onun adına olan asan imza hərbi hissənin kadrlar və mühasibatlıq şöbəsində olmuş, o N saylı hərbi hissədən getdikdən sonra nazilik tərəfindən elektron sistemdə onun adının dəyişdirilməsi gecikdirildiyi üçün anlaşılmazlıq yaranmış və elektron sistemdə onun adı göstərilmişdir. Əslində isə müvafiq əmri həmin vaxt hərbi hissənin komandiri vəzifəsini icra edən şəxs vermişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin əmək müfəttişi S.L.Nəzərli şikayətlə razılaşmayaraq bildirmişdir ki, vətəndaş X4 şikayəti əsasında çalışdığı şöbədə araşdırma başlanmış, bununla bağlı N saylı hərbi hissəyə məktub və bildirişlər göndərilmişdir. Məktub və bildirişlərdə ilk öncə daxil olmuş şikayət üzrə lazımi sənədləri təqdim edilməsi və öz mülahizələri təqdim etmələri barədə xəbərdarlıq edilmişdir. Daha sonra isə X8 iş üzrə icraatda iştirak etmək hüquqları izah edilərək dəvət edilmişlər. Lakin, hərbi hissə heç bir məktub və bildirişə cavab verməmiş və araşdırma prosesində iştirak etməmişdir. İş üzrə araşdırma zamanı elektron sistemdə olan məlumatlardan görünür ki, müvafiq əmr hərbi hissə komandiri Rəşad Salmanov tərəfindən verilmişdir. Ona görə də icraat Rəşad Salmanov barəsində başlanmış və onun barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı yalnız elektron sistemdə olan məlumatı əsas götürmüşlər, müvafiq əmrin kağız daşıyıcıda olan surəti hərbi hissə tərəfindən onlara göndərilməmişdir. İnzibati cərimə şərti tətbiq edilmiş, hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmiş, həmin müddətdə işçi işə bərpa edilmədiyi üçün cərimə icraya yönəldilmişdir. İşçi sonradan işə bərpa edilməmiş, yenidən işə qəbul edilmişdir. Yəni, hüquqpozmanın nəticələri aradan qaldırılmamışdır. Göstərilənləri nəzərə akaraq şikayətin təmin edilməməsini xahiş etmiş Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək X8 işin yenidən baxılmaq üçün X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən R.N.Salmanov tərəfindən A.Ş.Bədəlovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, bu səbəbdən də R.N.Salmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmiş, cərimə şərti tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin N iyul 2022-ci il tarixli N nömrəli əmrindən görünür ki, polkovnik R.N.Salmanov N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin N oktyabr 2022-ci il tarixli N nömrəli əmrindən çıxarışın surətindən görünür ki, hərbi hissənin mənzil-istismar xidmətinin bağbanı X7 hərbi hissədə dələduzluq etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən işdən azad edilmişdir. Əmr hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini Samir Nəcəfovun adından verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin N yanvar 2023-cü il tarixli 33 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, X7 həmin tarixdən hərbi hissənin mənzil-istismar xidmətinin yaşıllaşdırma üzrə 3-cü dərəcəli bağbanı vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi R.N.X1 N saylı hərbi hissəsinin komandiri olmuş, N nömrəli hərbi hissənin komandirinin N iyul 2022-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Bundan sonra N saylı hərbi hissə komandirinin müavini Samir Nəcəfov tərəfindən verilmiş N oktyabr 2022-ci il tarixli N nömrəli əmrlə hərbi hissənin mənzil-istismar xidmətinin bağbanı X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarına əmrin kağız daşıyıcıda olan surəti də əlavə edilmişdir. Lakin, N saylı hərbi hissənin əvvəlki komandiri R.N.Salmanovun adı həmin hərbi hissənin komandiri kimi elektron portaldan gec çıxarıldığı və Asan imza nömrəsi həmin hərbi hissədə qaldığı üçün elektron portalda əmri vermiş hərbi hissə komandiri kimi onun adı göstərilmişdir. Bununla əlaqədar X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə inzibati tənbeh R.N.Salmanov barəsində tətbiq edilmişdir. Lakin, hazırki şikayət üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin əmr başqa şəxs tərəfindən (N saylı hərbi hissə komandirinin müavini Samir Nəcəfov tərəfindən) verilmişdir. Müfəttişlikdə araşdırma aparılarkən N oktyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinin kim olması, həmin tarixdə verilmiş N nömrəli əmrin kim tərəfindən verilməsi tam, hərtərəfli araşdırılmamış, yalnız elektron sistemə olan məlumatla kifayənmişlər və beləliklə də iş üzrə gəldikləri nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X8 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X8 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində X8 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X8 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X8 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, müfəttişlikdə X8 iş üzrə icaat aparılan zaman X4 işdən azad edilməsi barədə N oktyabr 2022-ci il tarixli N nömrəli əmr verilərkən N nömrəli hərbi hissənin komandirinin kim olması dəqiq müəyyən edilmədən X5 əsassız olaraq inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edildiyi üçün şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək X8 işin yenidən baxılmaq üçün X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan X8 iş yenidən baxılması üçün X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar