Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2583/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, Sumqayıt şəhəri, Bulvar Küçəsi, Kristal ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 157-ci maddəsi ilə 26 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023cü il tarixində, saat 13:00 radələrində yaşadığı binada qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və ona əl ilə vuraraq xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 26 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində, saat 13:00 radələrində yaşadığı binada qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və ona əl ilə vuraraq xəsarət yetirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olsa da, ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ondan başqa digər qonşularla da problem yaşayır. Belə ki, Zərərçəkmiş şəxs onların mənzilin altındakı mənzildə yaşayır. Onun azyaşlı uşağı xx.xx.2023-cü il tarixində evdə oynayarkən Zərərçəkmiş şəxs o evdə olmadığı vaxt mənzillərinin qapısını döyərək həyat yoldaşına bununla bağlı yüksək səslə irad bildirmişdir. O, evə gəldikdən sonra Zərərçəkmiş şəxs yaşadığı mənzilə getmiş və məsələni aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətmiş və bununla bağlı aralarında mübahisə yaranmışdır. Lakin, o Zərərçəkmiş şəxs vurmamışdır. Şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs vurması iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən müdafiəçi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, oğlu X2 neopatiya xəstəsidir. Oğlu gündəlik olaraq rahat yata bilmir. Səs-küy olduqdan sonra sonra oğlu daha da narahat olur. Üst qonşuluqda yaşayan qonşuları dəfələrlə evlərində yaranmış səs-küy ilə onları narahat etmişdir. O, bir neçə dəfə həmin qonşuya bu barədə xəbərdarlıq etmişdir. xx.xx.2023- cü il tarixdə, saat 10:00 radələrində həmin qonşuda azyaşlı uşağın evdə səsküy salması səbəbindən onlara getmişdir. Şəxs həyat yoldaşından uşağın səs-küyünə son qoymasını tələb etmişdir. Daha sonra yaşadığı evə qayıtmışdır. Təxminən saat 13:00 radələrində Şəxs onların mənzilinə gəlmiş və “niyə bizi narahat edirsən” deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onun baş nahiyyəsinə yumruqla zərbə endirmişdir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxs məhkəmədən Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2023-cü il tarixli, 1424 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət olaraq sol gicgah-təpə nahiyyəsinin şişkinliyi-hematoması aşkar edilmişdir. Qeyd olunan xesarat küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2023-ci il tarixə uyğun gələ bilər va sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan inzibati xəta haqıqnda protokol, ekspert rəyi, zərərçəkmişin izahatı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18,00 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2583/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2583/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver