Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2583/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ”DAEWOO NEXİA” markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən saxla işarəsi verilməsinə baxmayaraq tabesizlik göstərərək avtomobili saxlamamış, digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradaraq avtomobili sürətlə təhlükəli idarə etdiyindən barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı Kənan Əliyev tərtib etdiyi protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Kənan Əliyev eyni zamanda bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, S.Vürğun küçəsində xidmətdə olarkən xidməti avtomobilə quraşdırılmış aypatrula yanlarından keçən avtomobilin ödənilməyən cəriməsi olduğuna dair xəbərdarlıq siqnalı gəlmiş, və bundan sonra həmin avtomobilin arxasınca hərəkət edərək səsgücləndici vasitəsilə həmin sürücüyə saxla işarəsi vermişlər. Lakin buna baxmayaraq həmin sürücü verilmiş saxla işarəsinə qəsdən tabe olmamış, S.Vurğun küçəsində düzünə hərəkətdə olan avtomobillərə yol verməyərək onların yolunu kəsərək ara küçəyə daxil olmuş, bir neçə dəqiqə həmin avtomobili təqib etdikdən sonra sürücü avtomobili dalanlardan birində artıq irəliləmək üçün yol olmadığnı görüb avtomobili saxlayaraq düşüb qaçmışdır. Məhkəmə iclasında verilən suaalara cavab olaraq Kənan Əliyev bildirmişdir ki, sürücü təqib olunarkən daxil olduğu ara küçələrdəki yol asfalt örtüklü olmadığından yerdə təkər izləri qalmamışdır. Lakin sürücü avtomobili ara yolda təhlükəli idarə edərək digər şəxslərə narahatçılıq vermişdir. Bildirir ki, sürücü saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirdiyinə görə tətbiq olunmuşdur. Şəxs törətdiyi əməli əks etdirən videogörüntü məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, tərtib olunmuş protokolla razı deyildir. Belə ki, YPX əməkdaşı tərəfindən onun barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. O, özünü həmin maddə ilə deyil, İXM-nin 327.3-cü maddəsi ilə, yəni polisin saxla əmrinə tabe olmamaqda təqsirli bilir. Avtomobilin üzərində ödənilməmiş cərimələr olduğuna görə DYP əməkdaşlarının saxla əmrinə tabe olmamışdır. Sumqayıt DYPŞ-nə getmiş, orada avtoxuliqanlıq etdiyini bildirmişlər, lakin o, avtoxuliqanlıq etməsini sübüt edən videogörüntü varsa təqdim edilməsini bildirmişdir. Amma onlar heç bir videogörüntü təqdim edilməmişdir. Hadisənin 03 oktyabr 2024-cü il taridə baş verməsinə və özünün də dəfələrlə DYPŞ-nə getməsinə baxmayaraq barəsində protokolu 10 gündən sonra tərtib edib məhkəməyə göndərmişlər. Şöbədə olarkən dəfələrlə inspektora özü barəsində İXM-nin 327.3-cü maddəsi ilə protokol tərtib edilməsini təkidlə təlb etmiş, lakin protokol tərtib edilməmişdir. Qeyd olunanlara əsasən İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməsini və İXM-nin 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı Kənan Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ”DAEWOO NEXİA” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən saxla işarəsi verilməsinə baxmayaraq tabesizlik göstərərək avtomobili saxlamamış, digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradaraq avtomobili sürətlə təhlükəli idarə etməsini nəzərə alaraq barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində ”DAEWOO NEXİA” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən saxla işarəsi verilməsinə baxmayaraq tabesizlik göstərərək avtomobili saxlamamış, digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradaraq avtomobili sürətlə təhlükəli idarə etdiyinə görə barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Şəxs özünü avtoxuliqanlıq hərəkəti ilə deyil, saxla əmrinə tabe olmamaqda təqsirli bildirmişdir. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, ”DAEWOO NEXİA” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ”DAEWOO NEXİA” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxla əmrinə tabe olmayaraq avtomobili ara küçələrlə sürətlə idarə etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş yol patrul xidməti inspektorunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materialına əlavə olunmuş diskə baxış keçirərək və sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda qeyd etməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 20217-ci il tarixli sərəncamı ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında İXM-nin 327.1-327.7 maddələri inzibati xəta haqqında protokolun tərtib edilməsinə DİN səlahiyyətili olduğu göstərilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməli və materialın surəti Şəxs hərəkətlərində İXMnin 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş məsuliyyət məsələsinin həll olunması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Materialın surəti Şəxs hərəkətlərində İXM-nin 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş məsuliyyət məsələsinin həll olunması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında materialda saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2583/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2583/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver