Məhkəmə qərarları › İş №3(060)-2591/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2591/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2591/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Protokol tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi X1, Şəxs direktoru Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsinin inzibati xəta haqqında MN ******* saylı, 11 oktyabr 2024-cü il tarixli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs MMC dövlət qeydiyyatına xx.xx.2021-ci ildə alınsa da, bu günki tarixə qədər heç bir rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcılarda təqdim etməmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 tərtib edilmiş protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs MMC 24 sentyabr 2021-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, lakin, idarə tərəfindən dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, müəssisə statistika məlimatlarını təqdim etməmişdir. Bundan başqa bildirdi ki, ölkə ərazisində olan hər bir müəssisə (hüquqi şəxs), fiziki şəxs dövlət müşahidələrinin aprılması üçün lazım olan məlumatları müəyyən edilmiş müddətdə və həcmdə haqqı ödənilmədən müvafiq qanunvericiliyə uyğun olaraq dövlət statistika orqanlarına təqdim etməlidirlər. Bu hesabatlar müəssisənin kiçik və ya böyüklüyündən asılı olaraq aylıq və ya rüblük olmaqla iki hissəyə bölünür. Belə ki, bu hesabatlarda hər bir müəssisənin işçilərinin sayı, onlara ayrılan əmək haqqlarının miqdarı öz əksini tapmalıdır. Məhz təqdim edilmiş hesabatlar nəticəsində əldə edilmiş nəticələrə uyğun olaraq həmin fəaliyyət sahəsinin vəziyyəti müəyyən edilir. Hesabatların təqdim edilməsi barədə Şəxs MMC-nə xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə il tarixlərdə müvafiq məktublar göndərilmiş, lakin statistika qurumuna məlumatlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs-nin direktoru Nümayəndə vermiş olduğu izahatında bildirdi ki, inzibati xətanın törədilməsində özlərini təqsirli bilir, hal-hazırda müəssisə fəaliyyətini dayandırsa da, indiyədək Statistika idarəsindən onlara hər hansı rəsmi məktub gəlməmişdir. Statistik hesabatların verilməməsi qəsdən edilmiş hərəkət olmamışdır. 2024-cü ilin iyul aynda fəaliyyətlərini dayandırmış, lakin həmin dövrədək həqiqətən də rəsmi statistik hesabatları Statistika İdarəsinə təqdim ertməmişlər. Qeyd olunanları nəzərə alıb baş verənləri texniki səhf kimi qiymətləndirməyi məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Rəsmi statistik hesabatların təqdim edilməsi ilə bağlı 30 noyabr 2022-ci, 04 oktyabr 2022-ci, 14 sentyabr 2023-cü, 13 may 2024-cü və 01 oktyabr 2024-cü il tarixlərdə Şəxs MMC-nin rəhbərliyinə xəbərdarlıq məktubları göndərilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Nümayəndə Şəxs MMC qanuni təmsilçisidir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə 18 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024 tarixdən xx.xx.2044 tarixinədək Şəxs MMC-in fəaliyyətinin dayandırılması barədə müraciəti vergi orqanı tərəfindən təmin olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Bu səbəbdən həmin MMC İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən rəsmi statistika–inzibati məlumatlar da daxil olmaqla, rəsmi statistika məlumatlarının istehsalı sahəsində fəaliyyətdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək sahibkarın vəzifəsidir. İXM-nin 389-cu maddəsinə görə Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar