Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2592/2022 17.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “X6” MMCdə sosial işçi, bağban vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 04 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs ünvan 1 ünvanında kirayədə qalan Zərərçəkmiş şəxs məxsus ütü və geyim əşyalarını zibilxanaya ataraq ona 500,00 manat maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 17 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X3 izahat verərək bildirdi ki, o, təhqiqatın xx.xx.2022-ci il tarixli qüvvədə olan qərarına əsasən Şəxs barəsində İXM-nın 232-1-ci maddəsi ilə protokol tərtib etmişdir. Təhqiqat araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Şəxs ünvan 1 ünvanında kirayədə qalan Zərərçəkmiş şəxs məxsus ütü və geyim əşyalarını zibilxanaya ataraq ona 500,00 manat maddi ziyan vurmuşdur. Buna səbəb Şəxs evində kirayə qalan Zərərçəkmiş şəxs 2 ay kirayə haqqının ödəməməsi olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun evində kirayə qalmışdır. Zərərçəkmiş şəxs kirayə qaldığı 2 ay müddət ərzində kommunal ödənişlərini ödəməmişdir. Növbəti ay kirayəçı Zərərçəkmiş şəxs evdən çıxması tələb edildikdə o, qısa müddət ərzində evi boşaldacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs və onun ailəsinə dəfələrlə zəng edərək evin açarını istəmişdir. Daha sonra o, evin açarını ayaqqabının içərisindən taparaq evdə olan çirkli geyim əşyalarını sellefona bükərək yaşadığı evin həyətinə qoymuşdur. Bundan başqa o ütünü atmamışdır, ütü hazırda da evdədir. Qeyd olunanlara əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs məxsus evdə ailəsi ilə birlikdə kirayə qalmışdır. Kirayə qaldığı müddət ərzində kommunal haqqını ödəməyə maddi imkanı olmadığından sonuncuda telefonunu sataraq kiyarə pulunu verərək evdən çıxmışdır. Evdən çıxmasına baxmayaraq özünün və ailə üzvlərinin paltarları kirayə qaldığı evdə qalmışdır. Şəxs tərəfindən evin boşaldılması bildirilsə də o, qısa müddət ərzində gəlib evi boşaldaçağını bildirmişdir. Şəxs tərəfindən onlara məxsus ütü və geyim əşyalarını zibilxanaya ataraq ona 500,00 manat maddi ziyan vurmuşdur. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində 04 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs evində kirayə qalan Zərərçəkmiş şəxs məxsus ütü və geyim əşyalarını zibilxanaya ataraq sonuncuya ümumilikdə 500,00 manat məbləğində maddi ziyan dəyməsi faktının qəsdən olub-olmaması məsələsi araşdırılmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs evində kirayə qalan Zərərçəkmiş şəxs məxsus ütü və geyim əşyalarını zibilxanaya ataraq sonuncuya ümumilikdə 500,00 manat məbləğində maddi ziyan dəyməsi faktının qəsdən olsa belə, dəymiş ziyanın qiyməti tərəflərin iştirakı ilə müəyyən olunmamış, ümumiyyətlə dəymiş ziyanın qiymətinin hansı üsulla müəyyən edilməsi göstərilməmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs məxsus ütü və geyim əşyalarını zibilxanaya atması nəticəsində ona maddi ziyan dəyməsi faktının qəsdən olması ilə müşayiət edildikdə təqsirkar şəxsin əməli İXM-nin 232-1-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Ancaq səlahiyyətli orqan Sumqayıt Şəhər Polis idarəsinin 1-ci Polis Bölməsi tərəfindən yuxarıda göstərilən halları İXM-nin 102-ci maddəsinin tələblərinə müvafiq qaydada inzibati araşdırma aparmadan, yəni əməlin qəsdən olub-olmaması və s. hallar araşdırılmayaraq Şəxs İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Beleliklə məhkəmə iclasında Şəxs əməlində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməsi öz təsdiqini tapmamışdır. İşin faktiki halları məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2592/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2592/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver