Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2592/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd edilən protokollar məhkəmənin qərardadı ilə bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında protokollara əsasən xx.xx.2025-ci ildə saat 20:15-də Şəxs ** YK *** dövlət qeydiyyat nişanı DYP inspektoru tərəfindən inzibati xəta etdiyinə görə saxlanılmış saxlanılan zaman ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs RND-də oksposs test üsulu ilə müayinə zamanı narkotik vasitə olan marixuana, metamfetamin istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X4 izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə, saat 20:15 radələrində **-YK-*** dövlət qeydiyyat nişanlı, Toyota markalı avtomobilin sürücüsünün qayda pozuntusu etdiyinə görə YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, sürücüyə etdiyi inzibati xətanı izah edərkən sürücünün yüksək səslə ünvansız nalayiq ifadələr işlətməsinə görə PB-yə gətirildiyini bildirmişdir. Şəxs izahatı alınan zaman sonuncunun narkotik vasitə istifadə etməsini səmimi etiraf etməsini, həmçinin Sumqayıt Şəhər Narkoloji Dispanserin tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitə olan metamfetamin və marixuana istifadə faktının öz təsdiqini tapdığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən aparılmış yoxlamanın nəticələri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda əməli törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı və 510-cu maddəsinin tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ədalətli qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində idarə etdiyi ** YK *** dövlət qeydiyyat nişanlı Toyota markalı avtomobillə hərəkətdə olduğu zaman YPX-nin əməkdaşları tərəfindən avtomobilinə saxla işarəsi verilmişdir. Polis əməkdaşları ona qayda pozuntusu etdiyinə görə saxladıqlarını deyən zaman o, əsəbiləşdiyi üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona söyüş söydüyünə görə irad bildirib onu polis bölməsinə dəvət etmişlər. Bölmədə narkotik vasitə olan metafetamin və marixuana istifadə etdiyini etiraf etmişdir. Etdiyi əməldən hazırda peşmandır, göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol Patrul xidməti baş inspektoru X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 20:15 radələrində xidmətdə olduğu zaman **-YK-*** dövlət qeydiyyat nişanlı, Toyota markalı avtomobilin sürücüsünün qayda pozuntusu etdiyinə görə saxlanıldığını, sürücüyə etdiyi inzibati xətanı izah edərkən sürücünün yüksək səslə ünvansız nalayiq ifadələr işlətməsinə görə PB-yə gətirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Sumqayıt ŞPİ-nin 4-cü PB-ni təhqiqatçısı Elşən Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində Şəxs yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-ni təhqiqatçısı Elşən Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserin A/6559 saylı tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitə olan metamfetamin və marixuana istifadə faktının öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6263 saylı rəydən görünür ki, Şəxs Kannabinoidlərin və Psixostimulyatorın birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şəxs müayinə zamanı narkotik qəbul faktı aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə saat 22:00-da tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 16:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və inzibati tədbir görülməsi üçün qərarın icrası Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmişdir. Beləliklə, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi, həmçinin narkotik vasitədən istifadə etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 peşmançılığını və İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 510-cu maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2025-ci il tarixli, 6263 nömrəli rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən onun 01 (bir) gün müddətə inzibati qaydada tutulması da nəzərə alınmaqla Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2592/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2592/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver