Məhkəmə qərarları › İş №3(060)-2594/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2594/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2594/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №-li, 10.06.2021-ci il tarixli protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən göndərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №-li, 10.06.2021-ci il tarixli protokol Sumqayıt Şəhər Məhkəməsinin icraatına götürülmüşdür. 10.06.2021-ci il tarixli, AP seriyalı, №0157347 nömrəli protokoldan görünür ki, 10.05.2021-ci il saat 14:30 radələrində sürücü Şəxs ona məxsus “VOLKSWAGEN” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Lermantov küçəsində manevr qaydalarını pozub nəticədə VAZ-2104 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və hadisə yerini tərk etmişdir. Araşdırma zamanı Şəxs sürücülük hüququ 19.05.2021-ci il tarixinə qədər məhdudlaşdırıldığı məlum olmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməli, barəsində tərtib olunmuş 10.06.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasının mümkün olduğunu hesab etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq avtomaşınla toqquşmuş və yoxlama zamanı Şəxs sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, sürücü Mürsəlov X1 manevr qaydalarını pozub nəticədə VAZ-2104 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və hadisə yerini tərk etmişdir. Araşdırma zamanı Şəxs sürücülük hüququ 19.05.2021-ci il tarixinə qədər məhdudlaşdırıldığı məlum olmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar