Məhkəmə qərarları › İş №3(060)-2596/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2596/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2596/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 18də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzbati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:08-də “Opel-Astra” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Sumqayıt şəhəri Babək küçəsi ilə Niyazi küçəsinin kəsişməsində X3 məxsus “Audi Q7” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticəsə həmin avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH inspektoru X4 protokolda göstərilənləri təsdiq edərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, “Opel Astra” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 03:08 radələrində o idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Babək küçəsi ilə yolun sağdan ikinci hərəkət zolağında təxminən 60-70 km sürətlə hərəkətdə olan zaman Niyazi küçəsi ilə kəsişmə olan yolayrıcına daxil olduqda spirtli içki təsiri altında və bir qədər fikirli olduğundan işıqforun qırmızı işığında yol ayrıcına daxil olmuş və bu an Niyazi küçəsində işıqforun yaşıl işığında hərəkətini davam etdirən Audi markalı avtomobili avtomobilinin ön hissəsi ilə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən avtomobili bir qədər irəlidə yolun sağ kənarında olan beton bordürə və stop nişanına dəymişdir. Hadisə baş verdikdən sonra oraya TTYS avtomobili, həmçinin polis əməkdaşları gəlmişlər. Daha sonra o xəsarət aldığından müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Hadisə baş verə zaman avtomobildə tək olmuşdur. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Etdiyi əməldən peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirimiş, həmçinin ailəli olmaqla iki övladının olmasını nəzərə alaraq ona yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, həqiqətən Şəxs sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə “Opel Astra” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkət edən zaman işıqforun qırmızı işığından keçərək yolun əks istiqamətində hərəkət edən işıqforun yaşıl işığından hərəkət edən “Audi Q7” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Audi Q7” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan vurmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli arayışından bəlli olur ki, Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsi üzrə 6 ay müddətinə xx.xx.2023-cü il tarixdən məhdudlaşdırılmışdır. Belə ki sürücü Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələbinə riayət etməyərək sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etməmiş və bu səbəblə hüququn məhdudlaşdırılması müddəti başlanmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 1485 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol saidin orta 1/3-nin arxa bayır səthindən mil-bilək oynağının arxa bayır səthini əhatə edən İİ dərəcəli yanıq yarası. Qeyd olunan xəsarət hava yastığına sürtünmə nəticəsində yaranmış yüksək hərarətin yerli təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən olunmadı, məsuliyətini yüngülləşdirən hallar isə əməlini səmimi etiraf etməsi və etdiyi əmələ görə peşman olmasıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran halın olmamasını, məsuliyətini yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar