Məhkəmə qərarları › İş №3(060)-2596/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2596/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2596/2025 10.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X8, Katib: X9, ünvan 3qayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru: X15, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X3 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qubadlı rayonu, Qayalı kəndində ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 3qayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X15 tərəfindən xx.xx.2025-ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, ünvan 3qayıt şəhər Məhkəməsinin 2(060)-3491/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X6 icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra sənədini icra etməkdən qərəzli yayınmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol ünvan 3qayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən ünvan 3qayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 bildirdi ki, 2(060)-3491/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuşdur. İcra sənədi ilə bağlı X1 ünvanda yaşayıb-yaşamaması araşdırılmış, həmin ünvanda yaşamadığı başqa bir ünvanda yaşadığı və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Borclunun tələbkarla razılığa gəlməsi və mənzildən çıxması tələb edilmişdir. Buna baxmayaraq Səxavət Mehraliyev çağırışlara gəlməmiş, zənglərə cavab verməmişdir. Həmin mənzildə işıq enerjisindən istifadə ilə bağlı müvafiq məlumatlar əldə edilmişdir. Mənzilin aylıq işıq enerjisindən sərfiyatı 4-5 manat təşkil etdiyi müəyyən edilmişdir. Bu da həmin mənzildə yaşayışın olmadığını sübut edir. X2 adına daşınmaz əmlak olması ilə bağlı müvafiq orqana sorğu verilmiş və onun adına başqa bir daşınmaz əmlakın olması, orada yaşaması müəyyən edilmişdir. Bununla da borclunun yaşayış üçün mənzili olmasına baxmayaraq icra sənədini yerinə yetirmir. Tələbkarla borclunun barışdırmağa cəhd etmiş, lakin razılıq əldə edilməmişdir. Borclunun hazırda ayrı bir yaşayış yeri var və buna görə icra sənədini yerinə yetirməlidir. Zabitə adlı xanım sonuncunun evdən çıxması tələb edildikdən sonra mənzilə yerləşmişdir. Protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs X6 bildirdi ki, o, həmin mənzildə 1993-cü ildən etibarən məskunlaşmışdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən o evlə təmin olunanadək mənzildən çıxmamalıdır. Hazırda qızı Zabitə və həyat yoldaşı sözügedən mənzildə yaşayır. Əgər evlə təmin edilsə mənzildən çıxmağa etiraz etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, ürək əməliyyatı olmuş, ailə başçısını itirmiş və xəstədir. Səxavət neçə illərdir həmin məznildə yaşayır. O, ömrünün son illərini öz mənzilində yaşamaq istəyir. Səxavət evdən çıxması üçün ondan 10000 manat tələb edir. O isə cəmi 400 manat pensiya alır və həmin məbləğin 100 manatı dərmanları üçün xərcləyir. Səxavətdən şikayətçidir. Mənzilinin açarının ona qaytarılmasını tələb edir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ünvan 3qayıt şəhər Məhkəməsinin 2(060)-3491/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X6, X11, X7 və Mehraliyevə (Haqverdiyevə) Zülfiyyə Səxavət qızı ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılsınlar. İddiaçı Zərərçəkmiş şəxs ünvan 3qayıt şəhəri, 12-ci mkr., ev 7A ünvanında yerləşən 42 saylı mənzilə köçürülməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 3qayıt şəhəri, 12-ci mkr., ev 7A ünvanında yerləşən 42 saylı mənzil ünvanına gedilmiş, mənzildə yaşayışın olmadığından mənzilin qapısı mütəxəssis tərəfindən açılmış, borclular Şəxs, Mehraliyeva Səidə, Mehralıyev Hikmət və Mehralıyev Zülfiyənin mənzildə olmadığı üçün çıxarılmaları təmin edilməmişdir. Borcluya məxsus əmlak siyahıya alınaraq tələbkarZərərçəkmiş şəxs Bəbiş qızına təhvil verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı ünvan 3qayıt Ərazi İdarəsinin 02 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində 20 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə xx xxxx 1964-cü il təvəllüdlü X3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qeyd edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, X6 tərəfindən icra sənədinin icra edilməməsi X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir X6 qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədlərini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, X5 hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası ünvan 3qayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ünvan 3qayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa ünvan 3qayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar