Məhkəmə qərarları › İş №3(060)-2598/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2598/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2598/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, MN-nin Hərbi Hospitalında tibb bacısı işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, sürücü M.Ə.Sabir küçəsində hərəkətdə olan zaman ehtiyatsızlıqdan yolu keçməkdə olan piyadaçı X3 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:40 radələrində özünə məxsus idarə etdiyi “Chevrolet Cruze” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən avtomobillərin hərəkət yolu ilə təxminən 30-40 km/saat sürətlə hərəkət etdiyi zaman anidən avtomobilinin sağ yan güzgüsünün örtük hissəsinin yerindən qopub yerə düşdüyünü görmüşdür. Həmin vaxt maşını saxlayıb ətrafa baxmış, ətrafda heç kimin olmadığını, eləcə də maşınla heç kimə toxunmadığına əmin olub maşının güzgüsünün örtüyünü yerdən götürüb yenidən maşını idarə etməklə yoluna davam etmişdir. Həmin an o qohumlarından birinə zəng edib həmin əraziyə çağırmışdır ki, gəlib həmin ərazidə nə baş verdiyini və maşının güzgüsünün örtüyünün nə səbəbə yerindən qopduğunu aydınlaşdırsın Belə ki həmin gün o, eləcə də bütün şəxsi heyət xidmət etdiyi hərbi hospitalda həyəcan siqanlı ilə hospitala çağırıldıqlarından və xidmət yerinə vaxtında çatması vacib olduğundan işə getmiş və həmin gün artıq işdə olduğu zaman yaxın qohumları ona zəng edib məlumat vermişlər ki, Sumqayıt şəhəri, Sabir küçəsi ərazisində olduğu zaman maşınının güzgüsü piyada qadına toxunmuş və piyada xəsarət alaraq xəstəxanaya müraciət etmişdir. Lakin o Sumqayıt şəhər ərazisində avtomobili idarə edərkən maşının güzgüsünün piyadaya toxunmasını xatırlamır, ola bilsin ki, belə bir hadisə baş vermişdir. Lakin o bunun baş verməsini hiss etməmişdir. Ona bu barədə məlumat verildikdən sonra o məsuliyyətini dərk edib, xidmət rəhbərindən icazə alıb yaxınlıqda yerləşən sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş və Sumqayıt şəhəri 42-ci məhəllə ərazisinə gəlib hadisə baş verməsi ehtimal olunan əraziyə diqqətlə baxmış, lakin orada heç kimi görməmiş və yol örtüyünə də diqqətlə baxdıqda hər hansı yol qəzasına aid izlər görməmişdir. Bundan sonra Sumqayıt şəhəri Polis İdarəsinə gəlib sözügedən məsələ ilə maraqlanmışdır. Həmin vaxt barəsində araşdırma aparılmasını öyrənib, bu barədə izahatını yazmış, sonra isə polis əməkdaşları ilə birgə piyadanın vurulması ehtimal olunan əraziyə getmişlər və həmin ərazidə yerləşən avtomobillərin hərəkət yolunun baxışında iştirak etmişdir. Həmin yolda hər hansı iz müəyyən edilməmişdir. Həmin gün avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, hərbi qulluqçudur, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında xidmət edir, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Zaur Cəfərovun 1NK/858 saylı yoxlama materialı üzrə qəbul etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarı və həmin materialda olan sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə X1 yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini aşırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vsaitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar